Mühasibat uçotunun inkişaf mərhələləri (4-cü hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (4-cü hissə)

3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Əgər biz mühasibat uçotunu hesabdarlıq elmi kimi öyrəniriksə, o zaman vəziyyət bir qədər asanlaşır. Belə ki, onun tarixini dərc olunmuş əsərlərlə təsvir etmək olar. Ancaq kitabların və jurnal məqalələrinin bu labirintində əsrlər boyu əhəmiyyət kəsb edən, anlaşılmaz maraq doğuran şeyləri bizə tanış olmayan müasirlərdən ayırmaq, çox çətindir. Sosial sifarişin mühasibat uçotunun inkişafına nə zaman təsir etdiyini müəyyənləşdirmək daha çətindir və bu və ya digər bir problemi ilk həll edənin kimliyini, prioritetin kimə aid olduğunu anlamaq olduqca çətindir. Hesabdarlıq son reallığa can atmır, onun bir məqsədi var – iqtisadi prosesləri səmərəli idarə etmək üçün iqtisadi həyat faktlarının müfəssəl izahı; hesabdarlıqda –  effektiv və səmərəli qərarlar qəbul edilməsi üçün idarəedici orqana minimal məsrəflərlə lazımi qədər məlumat vermək. Həm hesabşünaslıq və həm də hesabdarlıq mahiyyət etibarilə eyni təşkilati əsasa malikdirlər.

Mühasibat uçotu sahəsində praktiki fəaliyyəti elmi işlə müqayisə etməklə, demək mümkündür ki, Luka Paçoliyə qədər mühasibat tarixini qədim sənədlər əsasında, sonra isə kitab və jurnal məqalələri ilə izah edirdilər. Nəzəri işlər əsrlər boyu təcrübəni əks etdirib, elmin gündəlik mühasibat həyatına təsiri isə sirr olaraq qalmaqdadır. Mühasibat uçotu tarixinin yazılmasında hansı yanaşmanın olmasından asılı olmayaraq, bu, həm ölkəmizdə, həm də xaricdə böyük maraq doğurur. Tarixin öyrənilməsi mühasib peşəsinin nüfuzunu yüksəldir, praktik problemləri başa düşməyi asanlaşdırır və mühasibat uçotuna sevgi aşılayır. Mühasibat uçotunun inkişafının dövrləşdirilməsi üçün bir çox yanaşmalardan istifadə edilmişdir. Lakin mühasibat nəzəriyyəsinin adekvat bir dövrləşdirilməsi mümkün deyildir. Baxmayaraq ki, elmin məntiqi bəzən inkişafın bu və ya digər proseslərini daha yaxşı anlamağa imkan verir. Lakin o, mühasibat uçotunun həqiqətən necə inkişaf etdiyi barədə heç nə və ya demək olar ki, heç nə deyə bilməz.

1-ci mövzu. Qədim dünyada təsərrüfat uçotu

İbtidai cəmiyyətdə ev təsərrüfatı elə də mürəkkəb deyildi, ona görə də onun haqqında məlumatlar o qədər də çox deyildi və o məlumatlar bir insanın beyninə sərbəst yerləşirdi. Yazı yaranana qədər təsərrüfat həyatı faktları insanın yaddaşında qeydə alınırdı. Buna baxmayaraq, təsərrüfat həyatı qədim dünyada da inkişaf edirdi və mühasibat uçotunun inkişafını tələb edirdi, eyni zamanda mühasibat uçotunun inkişafı sivilizasiyanın yüksəlişinini stimullaşdırırdı. Tədqiqatçıların fikrincə, yazılı uçotun yaranması, onun registrlərinin aparılması üçün bir neçə şərt lazımdır:

  1. iqtisadi fəaliyyətin inkişafı kifayət qədər nəzərə çarpan ölçüləri qəbul etməli idi;
  2. yazı və elementar hesabın mövcud olması.

Yazının meydana gəlməsi və hesabın inkişafı uçotun yaranması üçün baza yaratmış, təsərrüfat fəaliyyəti onun geniş yayılmasına səbəb olmuşdur. Qədim dünyanın ilk uçot üsulları inventarlaşdırma və kontokorrent-hesab hesablaşmaları idi. Arxeoloqların məlumatlarına görə, inkişaf etmiş uçot sistemlərinin ilk izləri Nil çayı vadisində – Qədim Misirdə, Dəclə-Fərat çayları vadisində – Babilistanda tapılmışdır.


5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *