Mühasibat uçotunun inkişaf mərhələləri (5-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotu – inkişaf mərhələləri (5-ci hissə)

4-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Qədim Misir

Bir neçə min il bundan əvvəl insanlar təsərrüfat həyatı faktlarını qeyd etmək üçün papirus yaratmağı öyrəndilər. Lülə halında bükülmüş kağızların uzunluğu 4-5 m idi, qeydlər qara və qırmızı tuş vasitəsilə yazılırdı: il qara, ay və gün qırmızı, xüsusi rəqəmlər qara, yekun qeydlər isə qırmızı rənglə aparılırdı. Papirus kağızlarında cədvəl şəklində inventarlar qeydə alınırdı. Qədim Misirdə (e.ə.3400-2980-ci illər) hər iki ildən bir daşınar və daşınmaz əmlakların inventarlaşdırılması həyata keçirilirdi. Daha sonralar isə fasilə ilə baş tutan inventarlaşdırmalar cari uçotla əvəz olundu. Uçotun məqsədi gümüş, çörək və digər təbii məhsulların alınmasının və verilməsinin həqiqiliyinin yoxlanılmasından ibarət idi.

İqtisadi həyat faktları üç nəfər tərəfindən rəsmiləşdirildi: onlardan biri papirusda buraxılış üçün nəzərdə tutulan dəyərlərin sayını qeyd edirdi, ikincisi faktiki dəyərləri yanına qoyurdu, üçüncüsü isə ədədləri müqayisə edir və aşkar olunmuş sapmalar haqqında qeydləri yazırdı, yoxlanılmış sənədlərdə uzununa xətt çəkirdi. Qiymətli dəyərlər anbardan yalnız sənədlərdə səlahiyyətli şəxsin icazə ilə bağlı qeydi olduqda buraxılırdı və bu zaman anbar müdiri tərəfindən müşayiətedici sənədlər də əlavə olunurdu.

Anbarda işləyən məsul şəxslər dəyərlərin gündəlik olaraq ödəyicilərə və alıcılara çatdırılması zamanı adlı siyahı tərtib edirdilər. Anbardarlar gündəlik olaraq anbardakı mallar, onların hərəkəti barədə məlumatlar tərtib edirdilər. Gündəlik qalıqların çıxarılması iqtisadi fəaliyyətin nisbətən az olması səbəbindən mümkün idi. Maddi uçot smeta təyinatlarının qeydiyyatını nəzərdə tuturdu. Təsərrüfat həyatı faktlarının qeydiyyatı smeta təyinatlarının yerinə yetirilməsinə nəzarət etməyə imkan verirdi. Sənədlər iki və ya üç nüsxədə tərtib olunurdu, qeydlər isə həm təmiz bir kağızda, həm də qaralama deyilən bir kağızda aparılırdı.

Beləliklə, Qədim Misirdə naturalist uçotun təbii konsepsiyası mövcud idi və onun vəzifəsi təsərrüfatda dəyərlərin hərəkətinin daha dəqiq təsvirindən ibarət idi.

Qədim Babilistan

Babilistan lövhəciklər şəklində yumşaq gildən hazırlanan kartoçka uçotunun vətəni oldu. Gilin nəm üz səthinə çubuq ilə qeydlər yazılırdı. Sonra isə həmin sənəd günəş altında qurudulurdu. Bir çox sənədlər yaxşı mühafizə olunsun və məxfiliyi qorunsun deyə zərflərdə saxlanılırdı. Sənədlər iki nüsxədə tərtib olunurdu və gil zərflərə qoyulurdu. Onların qapaqlarının üzərinə isə möhür vurulurdu, bundan əlavə mühafizə edilən sənədlərin məzmunu, onları tərtib edənlər və tərtib olunduğu vaxt göstərilirdi. Babilistanda vurma cədvəlindən və mürəkkəb faizlərin hesablanmasından ötrü digər cədvəllərdən istifadə edilirdi. Təsərrüfat həyatı faktları aşağıdakı rekvizitlərlə əks olunurdu:

  1. alınmış əşyaların sayı və növü;
  2. əşyaların alındığı şəxsin adı;
  3. əşyaları alan şəxsin adı;
  4. alındığı vaxt.

Bizlərə gəlib çatan ilkin sənədlər arasında işlərin görülməsi üçün sifarişlər üstünlük təşkil edir, əmək haqqı xərclərinin iş növünə görə bölüşdürüldüyü bildirilir. Babilistanda işin xarakterindən, işçinin ixtisasından, cinsindən və yaşından asılı olaraq ödəmə tapşırıqlarını normalaşdırmaq üçün “adam-gün” kimi vahiddən istifadə olunurdu. Bizə gəlib çatmış materiallar göstərir ki, hesabatların tərtib edilməsində ciddi müntəzəmlik olmayıb, 3-4 il və 15 il müddəti üçün olan hesabatlar da saxlanıb. Maddi dəyərlərin uçotu aşağıdakı kimi həyata keçirilib: mədaxil və məxaric sənədləri ayrı-ayrı qruplara bölünürdü. Bu qruplar daxilində informasiya ayrı-ayrı dəyərlərin adları axınında nəzərə alınırdı. Dövriyyələrə görə ilkin qalıqla cəbri şəkildə formalaşan saldo çıxarılırdı və beləliklə də dəyərlərin faktiki mövcudluğu ilə müqayisə edilən son nəticə əldə olunurdu. Bütün məlumatlar kartoçkalarda qeyd edilirdi və burada fərqlərin səbəbləri və çatışmazlığın hansı hesaba aid olduğu göstərilirdi.

Beləliklə, Babilistanda sintetik və analitik uçot yarandı, tacirlərin sərbəst şəkildə uçot apardığı Hammurapi Qanunları tapılmışdı, məbədlər isə – dövlət hesabdarlığına aid uçot aparırdılar ki, bu zaman pulların qəbzsiz verilməsi, etibarsız hesab olunurdu.


6-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email