fbpx

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (18-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotu ilə bağlı ifadələr (18-ci hissə)

17-сi hissəni oxumaq üçün keçidə daxil olun


Ezamiyyə, əmək haqqı hesablanması, Vakansiya Baş MühasibHesabat qeydlərini anlaşılan və hər kəsə əlçatan dildə təsvir etmək lazımdır. Bu zaman əcnəbi ifadələr, əksəriyyətimizə naməlum olan və lazım olan fikri çatdıra bilməyən sözlərdən istifadə etmək lazım deyil.

A.S. Salmin
Əgər mühasibat və maliyyə məlumatlarının təsərrüfat fəaliyyəti dili ilə müqayisəsi yerinə düşərsə, sağlam düşüncə və tədbir hissi əsasında bu dili bu gün elmi cəhətdən çətin dərk edən bütün təsərrüfat subyektlərinə daha aydın və daha əlçatan etmək bizim gücümüzdədir.
O.M. Askeri

Elmi və praktiki terminologiya tam unifikasiya olunmadıqda, heç olmasa, maksimal dərəcədə yaxınlaşmalıdır. Vahid, aydın və sadə terminologiyanın olması təkcə uğurlu tədqiqat deyil, həm də qarşılıqlı anlaşmanın vacib şərtidir.

Lakin uçot – analitik fənlər terminologiyası əhəmiyyətli çatışmazlıqlardan əziyyət çəkir. Bu terminologiyanın qüsurları nədən ibarətdir?

Çox vaxt sinonim kimi müxtəlif terminlərdən istifadə edirlər (xüsusən də müxtəlif mənaları olan); eyni terminlə müxtəlif iqtisadi anlayışları ifadə edirlər; Bəzi terminlər hətta sadəcə səhvdir.

V. Kopnyayev

İndiyə qədər uçot – iqtisadi anlayışların və kateqoriyalarının vahid elmi cəhətdən əsaslandırılmış sistemi hazırlanmamışdır. Bəzi hallarda bir sıra anlayışlar başqa anlayışlarla əvəz olunur və demək lazımdır ki, bu hadisə çox geniş yayılıb.

V.İ. Mosyaqin

Hesabdarlıqda biz anlayışların müəyyən edilməsi məsələsində qarşılaşdığımız müxtəlif cərəyanlarla görüşürük. Elmin özünün tərifinə qədər ən əsas anlayışlar hələ də özünün son, hamı tərəfindən qəbul edilən növünü tapmamışdır.

V.K. Hun

Mühasibat terminologiyasının qeyri-müəyyənliyi və müxtəlifliyi həmişə ciddi mühasibləri təəccübləndirib.

Baş mühasib vakansiya, aparıcı mühasibS.Q. Muxov

Dərc olunan hesabatlar göstərir ki, hər yerdə özbaşınalıq, qaranlıq və qeyri-müəyyənlik hökm sürür, eyni başlıq altında müxtəlif anlayışlar nəzərdə tutulur.

Z.P. Evzlin

“Dəyər” və “xərclər, maya dəyəri, qiymət” kimi tamamilə adi sözlər üçün inanılmaz sayda istifadə olunan şərhlər vardır.

B. Rayan

Mühasibatlıqda ən ciddi məsələlərə münasibətdə belə biz ümidsiz dolaşıqlıqda oluruq. Təmiz qazanc, təmiz gəlir, ümumi gəlir, mənfəət, xalis gəlir? Mən bir çox illər ərzində hər bir halda istifadə edilməli olan düzgün terminləri və burada verilmiş terminlərin hər birinin dəqiq mənasını tapmağa çalışmışam. Mən akademik müəlliflərə (iqtisadçılar və mühasib-mütəxəssislərə) müraciət etdim. Lakin onlarda da eyni qeyri-müəyyənliyi müşahidə etdim. Məhkəmələrə müraciət etdim və onların qərarlarında da ən məzəli qarışıqlıqlarla rastlaşdım.

Q.R. Qatfeld


19-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



Print Friendly, PDF & Email
error: Content is protected !!