2022-ci ildə tələb olunacaq mühasibatla bağlı 10 ən yaxşı peşə (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotu sahəsində karyera son zamanlar əvvəlkindən daha gəlirli olmuşdur. Əmək statistikası bürosunun son hesabatında mühasiblərin və auditorların məşğulluğunun 2019-cu ildən 2029-cu ilə qədər 4 faiz artacağı proqnozlaşdırılır.

I hissəyə nəzər yetirin

fəlsəfə və mühasibat uçotu, rəqəmsal iqtisadiyyat mühasibat uçotu,

Maliyyə analitiki

Maliyyə analitiki kənar və ya daxili müştərilərdən ötrü maliyyə təhlili aparmaq üçün təlim keçmiş peşəkardır ki, bu da onun işinin əsas aspektidir.

O, bazar tendensiyaları, bir şirkətin və ya oxşar işlərlə məşğul olan şirkətlərin maliyyə vəziyyəti kimi amillərlə bağlı apardıqları təhlillərə əsaslanaraq təşkilatlara biznes məsləhətləri verir.

Müştərilərinin vəziyyətindən və vəsaitlərinin ölçüsündən asılı olaraq, maliyyə analitikləri milyonlarla dollar dəyərində olan şirkət və təşkilatlara məsləhətlər verirlər.

Risk analitiki

Risk analitikləri təşkilatın yaxın gələcəkdə üzləşə biləcəyi potensial maliyyə risklərini qiymətləndirmək üçün təşkilatlarla sıx əməkdaşlıq edirlər.

Onlar potensial itkiləri proqnozlaşdırmaq və diversifikasiya etmək, valyuta mübadiləsi və digər investisiya strategiyaları vasitəsilə riskləri necə məhdudlaşdırmaq barədə məsləhətlər vermək üçün analitik bacarıqlarından istifadə edirlər.


Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


Uyğunluq üzrə əməkdaş

Uyğunluq üzrə mütəxəssis – bu, şirkətdə xarici normativ və hüquqi tələblərə, həmçinin daxili siyasətlərə və daxili qanunlara riayət olunmasını təmin edən məsləhətçidir.

Adətən, uyğunluq üzrə əməkdaşların öz sahibkarları qarşısında normativ riskləri müəyyən etmək və onları idarə etmək kimi rəhbərlik və işçi heyəti ilə işləmək vəzifəsi durur.

Onlar öz təşkilatlarının dövlət qərarlarına uyğunluğunu təmin etmək üçün məsuliyyət daşıyırlar, həmçinin böyük cərimələrə, hüquqi nəticələrə və nüfuzuna xələl gətirə biləcək səhvlərdən çəkinməkdə onlara kömək edirlər.

Bu, mühasibat uçotu sahəsində dərhal məşğul ola biləcəyiniz ən gəlirli peşələrdən biridir. Komplayens menecerlərinə tələbat yüksəkdir.

Məhkəmə mühasibi

Sizin mühasibat uçotu sahəsində yiyələnə biləcəyiniz və uğurlu karyera qura biləcəyiniz daha bir peşə – məhkəmə mühasibi peşəsi.

Auditorlar kimi, məhkəmə mühasibləri də şirkətlərdə şübhəli / fırıldaqçılıq fəaliyyətini araşdırmaq üçün işə götürülən hüquqi və maliyyə sənədlərinin ekspertləri və tədqiqatçılarıdır. Bəzi hallarda, onları fırıldaqçılığın qarşısını almaq üçün işə qəbul edirlər.

Kredit təhlili üzrə menecer

Kredit təhlili üzrə menecerlər adətən müştərilər haqqında maliyyə məlumatlarının təhlili və təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Onlar kredit tarixçəsi, ödəniş vərdişləri, illik gəlir və alış fəaliyyəti haqqında məlumatları toplayır və təhlil edirlər.

Kredit menecerləri adətən müəyyən maliyyə anlayışı əsasında kredit müraciətlərini qəbul etmək və ya rədd etmək üçün məsuliyyət daşıyırlar və şirkətin kreditvermə prosesinə nəzarət etmək səlahiyyətinə malikdirlər.


Mühasibat uçotunun mənbəyi nədir?


Vergi mühasibi

Vergi mühasibi – bu, maliyyə hesabatlarının tərtib edilməsində və vergi hesabatlarında müştərilərə və şirkətlərə kömək etmək üçün təlim keçmiş maliyyə ekspertidir.

Onlar əsasən vergi hüququnu araşdırır, öyrənir və şərh edirlər. Onların işinə ödənişlərin hazırlanması, vergilərə qənaət olunmasının müəyyən edilməsi və vergi məsələlərinin təhlili daxildir.

Büdcə analitiki

Büdcə analitikləri təşkilatlara maliyyə resurslarını bölüşdürməkdə kömək edirlər. Onlar büdcələri işləyib hazırlayır, təhlil və icra edirlər. Həmçinin özəl biznesin, qeyri-kommersiya təşkilatlarının və dövlət müəssisələrinin gələcək maliyyə tələbatlarını qiymətləndirirlər.

Onlar büdcə hesabatlarının hazırlanması və təşkilatların xərclərinə nəzarət üzrə ekspertlərdir. Büdcə analitikləri dövlət və özəl təşkilatlara öz maliyyə işlərini planlaşdırmaqda kömək edirlər.

Mühasib

Mühasib – o, gündəlik maliyyə əməliyyatlarını sənədləşdirərək hesabatlarınızı hazırlayan şəxsdir.

Mühasiblər gəlirlər və xərclər kimi əməliyyatların qeydiyyatı və onların müxtəlif hesablarda yerləşdirilməsi, ödənişlərin emalı, gündəlik bank əməliyyatlarının yerinə yetirilməsi, müxtəlif maliyyə hesabatlarının hazırlanması üçün məsuliyyət daşıyırlar.

Maliyyə direktoru

Bir qayda olaraq, maliyyə direktorları təşkilatın iqtisadi və maliyyə məsələlərinə nəzarət edir və idarə edirlər. Onlar maliyyə məqsədlərinə nail olmaq üçün yüksək səviyyədə qərarlar qəbul edirlər və uzunmüddətli maliyyə rifahı strategiyasını hazırlayırlar. Bu sizin əldə edə biləcəyiniz ən yaxşı mühasibatlıq vakansiyalarından biridir.


Print Friendly, PDF & Email