Münasib və etibarlı informasiyanın məhdudluğu

posted in: Xəbər | 0

Münasib və etibarlı informasiya

Mühasibat Hesabatlarının Beynəlxalq Standartlarında (MHBS/IFRS) müəssisələrin münasib və etibarlı məlumat vermək imkanlarını məhdudlaşdıran müəyyən amillər qeyd edilib. Belə ki, məlumatın təqdim edilməsində gecikmələr onu əhəmiyyətsiz edir, lakin həddindən artıq tələskənlik di məlumatların etibarlılığını azalda bilər. Odur ki, mühasiblər   Beynəlxalq Standartları tətbiq edərkən, münasiblik və etibarlılığı tarazlaşdırmalıdırlar.

Tarazlaşdırma ona görə vacibdir ki, informasiyanın aktuallığı və etibarlılığı arasında onun təqdim edilmə vaxtı ilə əlaqədar ziddiyyətlər yaranır. Gec təqdim edilmiş maliyyə hesabatları aktual olmaya bilər. Belə hesabatların məlumatları köhnələcək və düzgün, ən əsası, vaxtında qərarların qəbuluna problem yaradacaq. Eyni zamanda etibarlı məlumat əməliyyatların bütün aspektlərini müəyyən etmək və başa düşmək üçün vaxt tələb edir və buna görə də, hesabat gec təqdim olunarsa, aktuallığını itirə bilər. Buna görə də məlumatın tam etibarlılığı onun münasibliyinə ziddir və maliyyə hesabatlarının münasib və etibarlılığı arasında “qızıl orta” tapmaq lazımdır.

Eyni zamanda hesabatların hazırlanmasına çəkilən məsrəflər ilə istifadəçilər üçün səmərəli olması arasındakı tarazlığı da nəzərə almaq vacibdir – məlumat iqtisadi cəhətdən əsaslandırılmalıdır.

Hər bir halda, maliyyə hesabatlarının əsas məqsədini yerinə yetirməsini – faydalı və etibarlı məlumatı təmin etmək üçün keyfiyyət xüsusiyyətlərinin əhəmiyyətini diqqətlə qiymətləndirmək lazımdır.

Mühasibat xidmətləri

Vaxtında təqdimat ilə etibarlılıq arasında tarazlıq

İnformasiyanın münasib sayılması üçün onun vaxtında təqdim edilməsi vacibdir. Təqdim olunması zamanı səbəbsiz ləngitmələrə yol verilən informasiya öz münasibliyini itirə  bilər. Lakin, əksər hallarda, informasiyanın vaxtında təqdim olunması məqsədilə əməliyyatların və digər hadisələrin bütün aspektlərinin tam müəyyənləşməsinə qədər hesabat vermək tələbi ortaya çıxır. Bu da maliyyə hesabatlarında təqdim edilən informasiyanın etibarlılıq səviyyəsinin aşağı enməsinə səbəb ola bilər. Əksinə, hesabatın təqdim edilməsi bütün aspektlər müəyyən olunanadək gecikdirildikdə, informasiya yüksək dərəcədə etibarlı, lakin bundan əvvəl qərar qəbul etməli olan istifadəçilər üçün az faydalı ola bilər.

Müəssisə rəhbərliyi maliyyə hesabatlarının vaxtında təqdim edilməsindən və etibarlılığından əldə olunacaq nisbi səmərəliliyin tarazlığını təmin etməlidir. Əksər hallarda tarazlığın təmin edilməsi maliyyə hesabatlarının standartlarda təyin olunmuş müddətdə təqdim olunması deməkdir.

Səmərə ilə məsrəflər arasında tarazlı

Maliyyə hesabatlarında təqdim olunan informasiyadan əldə olunan səmərə bu informasiyanın hazırlanması ilə bağlı məsrəflərdən artıq olmalıdır. Buna görə də, maliyyə hesabatlarında əhəmiyyətsiz informasiyanın göstərilməsinə ehtiyac yoxdur.

Keyfiyyət xüsusiyyətləri arasında tarazlıq

Təcrübədə keyfiyyət xüsusiyyətləri arasında tarazlığın əldə edilməsi zəruri hesab edilir. Maliyyə hesabatlarının vəzifələrinin yerinə yetirilməsi üçün keyfiyyət göstəriciləri arasında müvafiq tarazlığa nail olmaq məqsədəuyğundur. Müxtəlif hallarda, xüsusiyyətlərin nisbi mühümlüyü peşəkar mülahizələrin predmetidir.