Onlayn satış zamanı pul bank hesabına daxil olmasına baxmayaraq NKA çeki də verilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

NKA çeki, Sual: “A” MMC pərakəndə satışı həyata keçirir. Satış həm mağazada, həmdə internet üzərindən onlayn həyata keçirilir. Alıcı internet üzərindən onlayn qaydada mal alır (misal üçün televizor). Onlayn satış üçün MMC bank hesabı açıb və satışdan gələn vəsait həmin hesaba mədaxil olunur.

Sual ondan ibarətdir ki, alıcıya nəzarət-kassa çeki təqdim olunmalıdır? Olunmalıdırsa necə? Əksər alıcılar onlayn alış edir. Lakin NKA çekini əldə etmirlər. NKA çeki verilirsə, bu zaman “A” MMC-nin həm cari hesabına həmdə NKA çekinə vəsait daxil olmuş olur. Bu halda ƏDV hesabatı necə veriləcək? Pos-terminal vasitəsi ilə satış zamanı NKA çeki olur və dövriyyədə NKA çeki nəzərə alınır.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Eyni zamanda cəmiyyətinizin fəaliyyət növü pərakəndə satış olduğundan cəmiyyət tərəfindən pərakəndə qaydada satış zamanı alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin müddəalarına əsasən nağdsız hesablaşmalar 3 formada –  bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mallara görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir.

Əlavə olaraq bildiririk ki, dəyəri birbaşa bank hesabınıza ödənilmiş mallara görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.

Mənbə: taxes.gov.az


Bax:


Print Friendly, PDF & Email