Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

İstənilən şirkətin fəaliyyəti işçi heyətin əmək vəzifələrini nə dərəcədə keyfiyyətlə yerinə yetirməsindən asılıdır. Əməkdaşların əməyin yaxşı nəticələrində maraqlı olması biznesin uğurlu inkişafının rəhnidir. Personalı öz vəzifələrini nəinki tam yerinə yetirməsi üçün, həm də əlavə səylər göstərməklə həvəsləndirmək, keyfiyyətli idarəçiliyin vəzifələrindən biridir.

Əməyin effektivliyinin yüksəldilməsinin müsbət stimullaşdırılması metodlarını və ya motivasiya metodlarını dövlət və özəl sektordan olan və uğur qazanmağı qarşısına məqsəd olaraq qoyan şirkətlər tətbiq edir. Bu, resursları daha səmərəli şəkildə bölüşdürməyə və daha çox fayda verə biləcək işçilərin fəaliyyətini stimullaşdırmağa imkan verir.

Anlayış və tərif

Əmək məhsuldarlığını artırmağın bir yolu olaraq motivasiyanın əsasında subyektin psixologiyası dayanır. Motivasiya sisteminin əsasını təşkil edən bütün psixoloji nəzəriyyə və metodlar, əməkdaşda öz işini keyfiyyətlə yerinə yetirməyi formalaşdırmağa yönəlmişdir. Əmək məhsuldarlığının yüksəldilməsi istəyinin xaricdən təzyiq yolu ilə deyil, fərdin öz daxili işinin nəticəsi olaraq ortaya çıxması, çox mühümdür. Şirkət rəhbərləri və HR-mütəxəssislər işçinin davranışını şirkət üçün arzu olunan istiqamətə dəyişdirmək və yönəltmək üçün psixoloji üsullardan istifadə edirlər.

İqtisadi sahədə motivasiya, daxili və ya xarici psixo-fizioloji proses, amma, daxili fəaliyyətin aktivləşdirilməsi, iqtisadi subyektin (əməkdaşın, menecerin, kontragentin, müştərinin) müəyyən məqsədlə fəaliyyət göstərməyə sövq edilməsi kimi  başa düşülür. Bu zaman fəaliyyətə maraq əvvəldən mövcud olmalıdır və elmi cəhətdən düzgün psixoloji zəminə əsaslanan təşəbbüs metodlarını tətbiq etmək zəruridir.

İşçi heyətin və əmək fəaliyyətinin motivasiyası dar, sırf kadr anlamında şirkətin əməkdaşı üçün müxtəlif səviyyəli tələbatların, həmçinin daxili gözləntilərin yerinə yetirilməsindən ötrü kompensasiya kimi ödənilməsi imkanlarının yaradılmasıdır. Bu prosesdə işçinin şəxsi məqsədlərinin təşkilatın məqsəd və vəzifələri ilə birləşməsinə nail olmaq lazımdır.


Biznes dünyasından maraqlı faktlar


Təcrübədə motivasiya əməkdaşın və kollektivin əməyinin səmərəliliyinin artırılması üçün menecmentin tətbiq etdiyi tədbirlər kompleksində ifadə olunur. Anlayışı təhlil edərkən motivasiya siyasətinin aşağıdakı komponentləri fərqləndirilir:

  • digər insanları hərəkətə təşviq etmək üçün fəaliyyət;
  • əsas məqsədlərdən biri də işçinin ehtiyac və gözləntilərini qarşılamaqdır;
  • işçi və təşkilatın məqsəd və vəzifələrini birləşdirməyə yönəlmiş istiqamət;
  • metodun işlənməsi zamanı işçinin maraq və istəklərinə dəstək;
  • motivasiya nəzəriyyəsinin tətbiq praktikasına çevrilməsi;
  • həyata keçirilməsi zamanı vahid tədbirlərin deyil, kompleks təcrübələrin hazırlanması və tətbiqi.
Nəzəri əsasları

Motivasiya praktikasının əsasını təşkil edən demək olar ki, bütün nəzəriyyələr və nəzəri konstruksiyalar “ehtiyac” və “gözləmə” psixoloji anlayışlarına əsaslanır.

Tələbat – bu, subyektin elə bir psixofiziki vəziyyətidir ki, onun üçün vacib olan, onun həyat fəaliyyətini müəyyən edən amillərin çatışmazlığı ilə qarşılaşır. Tələbatın mövcudluğunun vəziyyəti fizioloji və ya psixoloji daxili duyğunun, hər hansı bir nemətin çatışmazlığı və ya qıtlığı ilə xarakterizə olunur. Tələbatın mövcudluğu hərəkətə, fəaliyyətə təhrik edən əsas amildir. Ehtiyacların vahid iyerarxiyası mövcud deyil, sıralama isə tədqiqatçının yanaşmasından asılıdır.


Aristotel, fəlsəfə və mühasibat uçotu


Nəzəriyyə iki ehtiyac qrupunu müəyyən edir:

  • genetik, bioloji və ya ilkin tələbatlar;
  • həyat təcrübəsinin qazanılması prosesində inkişaf etdirilən ikinci növ tələbatlar.

Birinci qrup ya fiziologiya (qidaya, sığınacağa tələbat), ya da genlərə xas olan instinktlərlə (sürüdə təhlükəsizliyə tələbat) müəyyən edilir. İkinci qrup yetkinlik və şəxsiyyətin inkişafı zamanı ortaya çıxır, məsələn, nüfuz, özünürealizənin etirafı  ilə yaranır.

Motivasiya nəzəriyyələri baxımından gözləntilər, müəyyən bir davranış paradiqmasını seçərkən istənilən və ya təxmin edilən nəticəni əldə etmək ehtimalı ilə bağlı subyektin fərziyyələridir. Gözləntilər iki şərtdən irəli gəlir: əvvəlki təcrübədən və cari vəziyyəti qiymətləndirməkdən. Əksər hallarda effektiv davranışın subyektinin yaradılması zamanı əsas meyar təcrübədir.

Motivasiya nəzəriyyəsinin tətbiqi ən çox işçilərin motivasiya sistemləri haqqında müəyyən biliklər əldə edən top-menecmentin gözləntiləri ilə bağlıdır. İstənilən elmi cəhətdən əsaslandırılmış konsepsiya, ilk növbədə, şirkət rəhbərlərinin öz daxili gözləntilərinə uyğun olmalıdır. Bundan əlavə, menecerlər çox vaxt rəqiblər tərəfindən tətbiq olunan sistemin səmərəli işləməsinə nail olmaq istəyirlər. Buna görə hər hansı bir layihə uğurlu tətbiq nümunələrinin təhlili ilə müşayiət olunur.

İşçilərin motivasiya sistemlərinin tətbiqi tələbi cəmiyyətdə XX əsrin əvvəllərində formalaşmışdır. İqtisadi münasibətlərdə rəqabət güclənib ki, bu da əmək məhsuldarlığının artırılması üçün bütün mümkün mexanizmləri, o cümlədən yeni yüksəkliklərə nail olmaq və əmək kollektivinin resursları hesabına artım potensialı əldə etmək imkanını daxil etməyi tələb edib.


II hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email