Vergi borcunu öyrənməyin 4 üsulu

posted in: Vergi, Xəbər | 0

vergi borcunu öyrənməkVergi borcunu öyrənməyin 4 sadə üsulu

1-ci üsul: Birbaşa internet saytdan

http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler&file=out&pid=79 ünvanından, VÖEN-nizi daxil edib vergi borcunuzu öyrənin.

2-ci üsul: Çağrı Mərkəzinə zəng etməklə

195 Çağrı Mərkəzinə zəng etdikdən sonra “1” düyməsini seçməklə Vergilər Nazirliyinə qoşulursunuz, sonra öz VÖEN nömrənizi yığaraq “#” düyməsini seçirsiz. Bundan sonra siz həmin tarixə olan vergi borcunuz barədə məlumat alacaqsınız.

3-cü üsul: İnternet vergi idarəsinə daxil olmaqla

Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə  İnternet vergi idarəsinin (https://login.e-taxes.gov.az/login/) «E-bəyannamə, ƏDV-DH və ŞHV» bölməsinə daxil olur. Burada «Şəxsi Hesab Vərəqəsi» bölməsinə daxil olaraq «Məlumat axtar» alt-bölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər.

4-cü üsul: SMS vasitəsilə

Vergilər Nazirliyinin təqdim etdiyi «İkitərəfli SMS xidməti» xidmətinə qoşulmaqla  (http://www.taxes.gov.az/195sms) vergi öhdəlikləri barədə 21 istiqamətdə, SMS sorğusu göndərməklə isə 5 istiqamətdə məlumat almaq mümkündür. Xidmətdən istifadə etmək üçün mobil telefondan *195*istifadəçi kodu*şifrə#yes (məsələn: *195*00000541*121756#yes) yığaraq qeydiyyatdan keçmək lazımdır.

Əgər abunəçisizsə: Qeydiyyatdan keçmiş nömrədən START yazıb 8195 nömrəsinə SMS göndərməklə vergi ödəyicisi SMS vasitəsilə 21 istiqamətdə vergi öhdəliyi barədə məlumat ala bilər.

Əgər abunəçi deyilsinizsə: Qeydiyyatdan keçmiş nömrədən 8195 nömrəsinə müvafiq rəqəmi göndərməklə aşağıdakılar barədə məlumat almaq olar: «1» – dövlət büdcəsinə vergi borcu barədə; «2» – təqdim olunmalı bəyannamələr barədə; «3» – fəaliyyətin aktivliyi və ya dayandırılması barədə; «4» – e-qutudakı yeni və ya oxunmuş məktublar barədə və «5» – qeydiyyata alınmış təsərrüfat subyektləri barədə.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *