Vergi borcunun ödənilməsinə möhlət verilməsi

posted in: Xəbər | 0
birbank biznes

ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətindən bildirilir ki, vergi borcunun məbləğindən və sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyasından asılı olaraq borcun ödənilməsinə bu hallarda möhlət veriləcəkdir:

  • mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2.000 manatdan 20.000 manatadək;
  • orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20.000 min manatdan 100.000 manatadək;
  • iri sahibkarlıq subyektinin borcu 100.000 manatdan 300.000 manatadək olduqda.

Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq aşağıdakı qaydada uzadıla bilər:

  • borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi;
  • cari vergi ödəmələri üzrə borcun ödənilməsinə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə möhlət verilməsi;
  • vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi. Bu zaman ödəniş qrafiki vergi orqanı ilə vergi ödəyicisi arasında imzalanmış müvafiq aktla rəsmiləşdirilir.

Sahibkarlar əvvəlki ilin zərərini necə kompensasiya edə bilər?


Möhlət verilən dövr ərzində vergi ödəyicisi tərəfindən möhlət verilmiş borcun 75 faizi ödənildiyi halda vergi ödəyicisinin müraciəti əsasında borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi üzrə müəyyən edilən müddət 1 ildən, vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi üzrə müəyyən edilən müddət isə 2 ildən çox olmayan müddətə yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.

Vergi borcunun ödənilməsinə möhlət verilməsi ilə əlaqədar müraciətin icrasından aşağıdakı hallarda imtina edilə bilər:

  • vergi öhdəliyinin məbləği vergi ödəyicisi tərəfindən məhkəmə və ya inzibati qaydada mübahisələndirildikdə;
  • vergi öhdəliyinin məbləği sahibkarlıq subyektlərinin kateqoriyası üzrə müvafiq olaraq yuxarıda qeyd edilmiş məbləğlərin aşağı həddindən az olduqda;
  • yalnız mövsümi xarakterli malların (işlərin, xidmətlərin) təqdim edilməsini həyata keçirən və dövlət sifarişinin yerinə yetirilməsi ilə əlaqədar sifarişçinin borclu olması (müvafiq arayışla təsdiq edilməklə) ilə əlaqədar arayışı təqdim edən vergi ödəyicilərinin vergi orqanında uçotda olduğu müddət 3 ildən az olduqda.

Print Friendly, PDF & Email