Azərbaycanın vergi sistemi təkmilləşdiriləcək

posted in: Xəbər | 0
birbank biznes

DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıPostpandemiya dövründə vergi siyasətinin yeni çağırışlara uyğunlaşması üçün orta və uzun dövrlərdə vergi sisteminin qanunvericilik və inzibatçılıq baxımından təkmilləşdirilməsi həyata keçiriləcək.

Bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, əsas məqamlardan biri vergi qanunvericiliyinin investisiya yönümlüyünün təmin edilməsidir: “Vergi siyasəti daha çox istehsalın yaradılmasına, vergi təşviqlərinin verilməsinə, məşğulluğun təmin edilməsinə, yeni kapitalın yaradılmasına, investisiya alətlərində verginin optimallaşmasına yönələcək”.

Dövlət Xidmətinin rəsmisi əlavə edib ki, bununla yanaşı, uçotsuz fəaliyyətin məhdudlaşması, qanunsuz aksizli mal istehsalçıları ilə mübarizə davam etdiriləcək.

“Vergi qanunvericiliyində xarici ölkələrin uğurlu təcrübələrinin tətbiqi prosesi, həmçinin uçot siyasətində şəffaflığın təminatı diqqət mərkəzində saxlanılacaq”, – deyə O. Nəzərli bildirib.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email