Xidməti müqavilə kimə sərfəlidir: işəgötürənə, yoxsa işçiyə?

Xidməti müqaviləXidməti müqavilə kimə sərfəlidir: işəgötürənə, yoxsa işçiyə?


Bəzi biznes strukturları vergi və sosial ödənişlərdən yayınmanın yeni üsulunu «tapıb»


Sahil Əzizov tanınmış dizayn şirkətlərindən birinin əməkdaşıdır. 21 illik staja malik Sahil əmək fəaliyyətinə başladığı gündən işəgötürənlə əmək müqaviləsi bağlayıb və müqavilənin şərtlərinə uyğun olaraq istirahət və məzuniyyət günlərindən, əlavə məzuniyyətdən, Əmək Məcəlləsində nəzərdə tutulan digər sosial üstünlüklərdən bəhrələnib. Ona aid vergi və sosial ödənişlər də qanunamüvafiq qaydada çalışdığı şirkət tərəfindən ödənilib. Lakin bütün bunlar 2015-ci ilin payızınadək davam edib.

“2015-ci ilin sentyabrında şirkətdəki işçilərin bir qismi ilə əmək müqaviləsini ləğv edib onlarla xidməti müqavilə bağladılar. Səbəbini isə belə izah etdilər ki, şirkətin əmək haqqı xərcləri yüksəkdir və bunu azaltmaq lazımdır. Ancaq heç kəsi işdən azad etmək istəmirdilər, öz işinin ustası olan bu adamların işdən uzaqlaşdırılması şirkətə daxil olan sifarişləri azalda bilərdi. Ona görə də işçilərin bir qismini əvvəlki qaydada işdə saxladılar, bir qismi ilə də xidməti müqavilə bağladılar”, – qrafik dizayner vəzifəsində çalışmış Sahil Əzizov deyir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əsində nə Sahil Əzizovun çalışdığı şirkətin fəaliyyətində, nə də onun özünün iş rejimində heç nə dəyişməmişdi. Şirkət indiyə qədər fəaliyyətini əvvəlki əmək kollektivi ilə və həmin iş rejimində davam etdirir. Sahil Əzizov da, xidməti müqavilə bağlanmış digərləri də əmək müqaviləsi əsasında çalışan işçilər kimi hər gün əvvəlki rejimdə və qrafikdə işə gəlir, şirkətin tapşırıqlarını yerinə yetirib əmək haqqı alır, ildə bir dəfə məzuniyyətə gedir və s. Yeganə dəyişiklik odur ki, şirkət tərəfindən xidməti müqavilə əsasında işləyən işçilərə ödənilən məbləğ əmək haqqı deyil, xidmət haqqı kimi rəsmiləşdirilir. Başqa sözlə, onlar əmək haqqını sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs kimi adına VÖEN açdırmaqla əmək haqqı alır. Bu zaman həmin işçilər şirkətin onlara ödədiyi məbləğin 2 faizini vergi orqanına, 26 manatını isə DSMF-na ödəyir.


Əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?

“Biz rəhbərliyin tələbini yerinə yetirməsək də, iş yeri ilə vidalaşmalı olacaqdıq. Çünki gözləmədiyimiz halda işçilərin yarıya qədəri ilə əmək müqaviləsinə xitam verildi və bunun əvəzinə xidməti müqavilə bağlamaq təklif olundu. İşimizi itirməmək naminə xidməti müqavilə əsasında işləmək təkifini qəbul etdik” – deyə, Sahil Əzizov vəziyyəti izah edir.

İşəgötürənlə işçilər arasında əmək münasibətlərinin bu şəkildə “qaydaya salınması” təkcə Sahil Əzizovun çalışdığı şirkətə aid deyil. Son illər bəzi işəgötürən təşkilatlar işçiləri əmək müqaviləsi deyil, xidməti müqavilə əsasında işə götürməyə başlayıb. Məqsəd işəgötürənin vergi orqanları qarşısında məsuliyyətini azaltmaq, vergilərdən və sosial ödənişlərdən yayınmaqdır. Mövcud qanunvericilik əmək münasibətlərinin xidməti müqavilələr əsasında tənzimlənməsini qadağan etməsə də, əmək müqaviləsindən fərqli olaraq, xidməti müqavilə mülki xarakter daşıdığından xidmət göstərənin, yəni işçinin vergi və sosial ödənişlərlə bağlı öhdəliklərinin sifarişçinin (işəgötürənin) deyil, icraçının (işçinin) üzərinə qoyur.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *