fbpx

ƏDV hesabatı “0” dərəcəyə görə necə verilməlidir?

posted in: Vergi, Xəbər | 0

torpaq vergisiƏDV hesabatı “0” dərəcəyə görə necə verilməlidir?

ƏDV ödəyicisi olan müəssisənin müştərilərinin əksəriyyəti vergiyə “0” faiz dərəcəsi ilə cəlb olunur. Müəssisə bu halda Əlavə Dəyər Vergisi hesabatını “0” dərəcəyə görə verdikdə hansı addımları atmalıdır? “0” faiz dərəcəsi üzrə sertifikatı necə icra etməlidir?

Suallarla bağlı Vergilər Nazirliyinin şərhində bildirilib ki, hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən, podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin əlavə dəyər vergsindən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir.

Odur ki, Vergilər Nazirliyi tərəfindən əlavə dəyər vergisindən azad olunma barədə sertifikat verilmiş vergi ödəyicisi karbohidrogen fəaliyyəti ilə bağlı digər vergi ödəyicisindən mal alarkən təqdim olunan sertifikatın surətinə əsasən alınan malların dəyərinə əlavə dəyər vergisi sıfır (0) faiz dərəcəsi ilə tətbiq olunmalıdır.

Qeyd olunan əməliyyatlar əlavə dəyər vergisi bəyannaməsinin 302 kodlu “ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin C1 xanasında dövriyyə məbləği ƏDV-siz, C4 xanasında isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatların ümumi dövriyyədə xüsusi çəkisi faizlə (%) yazılır və eyni zamanda bu sətrin dövriyyə açıqlaması bəyannamənin 4 №-li Əlavəsində verilir.

Print Friendly, PDF & Email

error: Content is protected !!
kargüzarlıq,kurs, muhasibat, Mühasibat kargüzarlığı kursları