fbpx

Ödəniş 30 gün ərzində hissə-hissə ödəndiyi halda 166-cı maddənin izahı

posted in: Xəbər | 0

Ödəniş,Artıq ödənilmiş vergilərSual: Şirkətimiz əlavə dəyər vergisi ödəyicisidir. 16.05.2019 tarixində alıcımız olan bir şirkətə 16856.01azn (ƏDV-siz məbləğ) dəyərində e-qaimə (mal təhvil verilib), 22.05.2019 tarixində isə e-vhf göndərmişik. Alıcımız 27.05.2019 tarixində 13484.81 azn (ƏDV-siz məbləğ, ədv-ni də ödəyib) və 13.06.2019 tarixində 3371.20 azn (ƏDV-siz məbləğ, ədv-ni də ödəyib) ödəniş etmişdir. (bu qaimənin borcun tam ödəyib). Sualım budur ki, hansı ayın əlavə dəyər vergisi hesabatında nə məbləğ göstərilməlidir? 166-cı maddə ilə izahın dolğun verilməsini xahiş edirəm. (EDV)

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə əlavə dəyər vergisinin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində əlavə dəyər vergisinin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur. Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur. Müraciətinizdə qeyd olunan halda, tam ödəmənin 30 gün müddətində həyata keçirildiyi və tam ödənişin həyata keçirildiyi müddət iyun ayına düşdüyü üçün qeyd olunan əməliyyat iyun ayının əlavə dəyər vergisi bəyannaməsində əksə olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

Mənbə: taxes.gov.az



Print Friendly, PDF & Email

error: Content is protected !!