İlk altı ayda 41 minə yaxın yeni vergi ödəyicisi qeydiyyatdan keçib

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicisi2018-ci ilin ötən 6 ayı ərzində 6033 hüquqi şəxs, 34673 fiziki şəxs olmaqla 40706 vergi ödəyicisi qeydiyyatdan keçib, 47477 vergi ödəyicisi fəaliyyətini bərpa edib.

Qeydiyyata alınmış  və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin ümumi sayı fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayından 6681 vergi ödəyicisi qədər çox olub.

Hesabat dövründə 8501 nəzarət kassa aparatı qeydiyyata alınıb, POS-terminalların sayı son bir ildə 36% artıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2018-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin sayı 14161 olub, 18092 təsərrüfat subyekti isə fəaliyyətini bərpa edib: “ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb. İlk 6 ayda vergi ödəyicilərinin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi və vergi inzibatçılığı proseslərinin sadələşdirilməsi məqsədilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatında istifadə olunan proqram təminatında da bir sıra dəyişikliklər aparılıb. Bundan əlavə, istifadəçilərə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı proseduru çərçivəsində ƏDV məqsədləri üçün qeydiyyat və bank hesabı açmaq üçün şəhadətnamə-dublikat alınması barədə ərizələrin təqdim edilməsi və iş tipli sertifikatın əldə edilməsi imkanları yaradılıb. Yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı ilə bağlı 3 dildə məlumat hazırlanaraq Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilib”.

Biznes hesabi

Nazirlikdən bildirilib ki, hesabat dövründə kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması, qeyri-kommersiya təşkilatlarının, hüquqi şəxslərin filialları, struktur bölmələri və ya digər ayrıca bölmələrinin uçota alınması ilə bağlı təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu real vaxt rejimində yoxlanılıb: “Uçotsuz fəaliyyət göstərən vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin operativ qaydada vergi uçotuna alınması ilə bağlı Vergilər Nazirliyinin aidiyyəti strukturları tərəfindən lazımi tədbirlər həyata keçirilib”.

Mənbə: apa.az