Azərbaycanda 5 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-may aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 806,8 milyon manata yaxın olub, proqnozdan əlavə 159,1 milyon manata yaxın vəsait ödənilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, 5 ay ərzində qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 877,7 milyon manatdan çox olub.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 100,2 milyon manat olub, proqnozdan əlavə 4,5 milyon manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 77,7 milyon manatı ötüb.

Mühasibat xidmətləri

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 426,1 milyon manatdan çox olub, proqnozdan əlavə 11 milyon manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 284,7 milyon manatı ötüb.

Mənbə: report.az

Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti verilir?