Malların alış sənədi olmasa 75% vergi güzəşti əldə etmək olar?

posted in: Vergi, Xəbər | 0

vergi güzəştiMalların alış sənədi olmasa 75% vergi güzəşti əldə etmək olar?


Sual: Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2019-cu il tarixdən mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi gəlirinin uçotunu aparıb xərclərinin uçotunu aparmırsa yəni alıdığı malların alışına dair əlində heç bir sənəd yoxdursa həmin vergi ödəyicisi Vergi Məcəlləsinin 101.3 və 102.1.30 cu maddələrində qeyd olunan gəlirin 75%-nin vergidən azad olunması güzəştlərdən istifadə etmək huquq varmı yoxsa yox ?

Cavab: Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Müvafiq meyarlara cavab verən şəxslərin Vergi Məcəlləsin 102.1.30-cu maddəsində nəzərdə tutulmuş vergi güzəşti-ndən istifadəsi barədə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *