Bu şəxslərə 8% dərəcə ilə sadələşdirilmiş vergi hüququ veriləcək

posted in: Xəbər | 0

Ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə əldə oluna gəlirlərin vergilənməsi üzrə alternativ olaraq 8 faiz dərəcə ilə sadələşdirilmiş vergin tətbiqi hüququnun 5 il müddətinə verilməsi təklif olunur. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, ölkədaxili yükdaşıma fəaliyyəti iqtisadiyyatın tədarük zəncirinin fasiləsizliyini təmin edən əsas xidmət sahələrindən biridir və bu sektorda fəaliyyə göstərən subyektlərin əhəmiyyətli hissəsi kiçik sahibkarlar və fərdi daşıyıcılardan ibarətdir. Mövcud vəziyyətdə daşıyıcılar tərəfindən bir sıra xərclərin rəsmiləşdir bilinməməsi bəzi hallarda dövriyyənin tam bəyan edilməməsi və qeyri-rəsmi fəaliyyət risklərini artırır. Alternativ olaraq 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin 5 il müddətinə tətbiqi hüququnun verilməsi bu sahədə vergi öhdəliklərinin sadələşdirilməsinə, inzibat xərclərin azalmasına və sahibkarların könüllü uyğunluğunun yüksəlməsinə xidmət edəcək.

Bu mexanizm yükdaşıma xidmətlərinin rəsmiləşdirilməsini təşviq etməklə yanaşı logistika xərclərinin şəffaflaşmasına və bazarda bərabər rəqabət mühitinin formalaşmasına müsbət təsir göstərəcək.

Mənbə: apa.az

Mühasibat xidmətləri

Vergi ödəyicisi könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçə biləcək