ABŞ-da işçi qüvvəsi çatışmır

posted in: Xəbər | 0
birbank biznes

vergi, işçi qüvvəsi, işçi çatışmazlığı,“The New York Times” nəşri yazır ki, ABŞ Prezidenti Co Baydenin 1 trilyon dollarlıq infrastruktur planı ixtisaslı işçi çatışmazlığı səbəbindən təhdid altına düşüb.

Co Bayden infrastruktur layihələrinin inkişafını stimullaşdırmaq və böyük şirkətləri inşaatçılar və təmirçilər üçün iş yerlərinin yaradılmasına həvəsləndirmək istəyir. Amma, “Baby boomer” (1946-1966-cı illərdə doğulanlar) nəsli yaşlanır və sürətlə pensiyaya çıxırlar. Lakin konkret əməkhaqqı ödənişi olmasına baxmayaraq, gənc adamlar onların yerini tutmaq istəmirlər. İndiki nəsil ali təhsili uğura aparan yeganə yol hesab edirlər.

İnfrastruktur planı bir çox sahələrin xərclərini əhatə edir. Yolların və körpülərin təmiri və tikintisi üçün təxminən 110 milyard dollar, hava limanlarına 25 milyard, dəmir yollarına 66 milyard dollar xərclənməsi nəzərdə tutulub. İctimai nəqliyyat sisteminin inkişafına 39 milyard dollar ayrılacaq. Lakin bu sahə avtobus sürücüləri, metro işçiləri və texniki xidmət mütəxəssislərinin çatışmazlığı ilə üzləşib. Metro Transit operatoru 2021-ci ilin sonuna kimi təxminən 100 avtobus sürücüsü tapmağa çalışır. İyun ayının sonunda planlaşdırılan 70 yer üçün 35 əməkdaşı işə qəbul etmək mümkün olub.

“S&P Global Ratings”in dəyərləndirməsinə görə, qanun layihəsi önümüzdəki səkkiz il ərzində ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar əlavə edərək, məhsuldarlığı və iqtisadi artımı artıra biləcəyini təxmin edir.  Lakin əgər işçi qüvvəsinin miqdarı tələbata uyğun gəlmirsə, köhnə avto-magistralların, körpülərin və ictimai nəqliyyatın bərpası və tikintisi üzrə səylər boşa çıxacaq.

Körpülərin və yolların təmiri üzrə ixtisaslaşan “Anchor Construction” şirkətinin baş vitse-prezidenti işçilərin planlaşdırılan bütün layihələrə kifayət etməyəcəyindən ehtiyatlanır. “Əgər hər hansı bir firma Konqresin planlarını həyata keçirməyə hazıram desə, mən buna çox təəccüblənərəm”, – İrvin belə bəyan edib. Qanun layihəsi müəssisələrdə iş yerlərinin sayının ikiqat artırılacağını nəzərdə tutur. Eyni zamanda, müxtəlif peşə təhsili proqramları təklif edən ictimai kolleclərdə (community colleges) tələbələrin sayı kəskin şəkildə azalmışdır. Tələbələr üçün informasiya mübadiləsi üzrə milli tədqiqat mərkəzinin (NSCRC) hesabatı şagirdlərin sayının da 9,5 faiz azaldığını göstərib.

Bayden keçmiş məhbuslar da daxil olmaqla, peşəkar yenidənhazırlıq mərkəzlərinin yaradılmasına 100 milyard dollar ayıraraq, işçi çatışmazlığı problemini həll etmək istəyirdi. Lakin infrastruktur layihəsinin son versiyasında bu təklifdən imtina edilmişdir.

ABŞ iqtisadiyyatı bərpa olunduqca əmək bazarında işçi qüvvəsinə tələbat rekord vurur. Tikinti bölməsində vakansiyaların sayı pandemiyaya qədərki səviyyə ilə müqayisədə 12 faiz artmışdır. Amma işçilərə olan tələbat olduqca yüksəkdir: bəzi şirkətlər işə yetkinlik yaşına çatmayanları qəbul etmək məcburiyyətində qalıblar. ABŞ ticarət palatasının tədqiqatları göstərib ki, kommersiya tikinti podratçılarının 88 faizi çox çətinliklə ixtisaslı işçiləri tapa bilirlər. Onların üçdə biri əməkdaşların çatışmazlığı səbəbindən işlərdən imtina etməli olublar. “Construction Industry Resources” şirkətinin qiymətləndirməsinə görə, 2025-ci ilə qədər tikinti sahəsi ən azından iki milyon işçi çatışmazlığı ilə üzləşə bilər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email