birbank biznes

taxta dollar,Hələ elə də uzaq keçmişdə deyil, ötən əsrin 90-cı illərinin əvvəlində keçmiş SSRİ-də və sonra müstəqil olmuş Rusiyada “taxta rubl” ifadəsi geniş yayılmışdı. İnflyasiya o dərəcədə yüksək idi ki, rublun alıcılıq qabiliyyəti demək olar ki, göz önündə əriyirdi. O səbəbdən “taxta” adı ilə bir növ sözügedən pul nişanının alıcılıq qabiliyyətinin əhəmiyyətsizliyinə işarə edilirdi.

Qızıl pullar zamanla da öz dəyərlərini itirmirdi, taxta pullar isə – elə deyildiyi kimi, taxta idi. Maraqlıdır ki, Tomskda 2008-ci ildə hətta rubla ağacdan hazırlanmış abidə də qoyulub. Onun diametri iki metrdən bir qədər çox, çəkisi isə 250 kq-dır. Amma yada salmaq lazımdır ki, öz maliyyə sistemini dünyada ən stabil hesab edən ABŞ-da vaxtilə taxta dollar da tədavüldə olub. Bu heç də zarafat-filan deyil. Hər şey 1931-ci ildə Vaşinqton əyalətində yerləşən Amerikanın kiçik Tenino qəsəbəsində başlamışdı. Həmin zamanlarda ABŞ tarixə “Böyük depressiya” adı ilə daxil olmuş ən dəhşətli böhranı yaşayırdı. Banklar bir-birinin ardınca iflasa uğrayırdı, elə bunu demək kifayətdir ki, yalnız 1931-ci ildə ölkədə 1000-dən çox bank iflas etmişdi.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email