ABŞ iqtisadiyyatı geri qaytarıla bilməyən nöqtəyə yaxınlaşıb

posted in: Xəbər | 0
birbank biznes

ABŞ iqtisadiyyatının vəziyyəti həmişəlik olaraq pandemiyadan əvvəlki səviyyədən aşağı qala bilər. Koronavirusun başlanması ilə ölkə bazarlarında 37 göstərici üzrə sakinlərin rifahını və şərtlərini müəyyənləşdirən xüsusi indeksin hesablamasını ABŞ-ın “Moody’s Analytics” şirkətinin maliyyə analitikləri ilə birlikdə “CNN” nəşri təqdim edib.

Mütəxəssislər belə nəticəyə gəliblər ki,  ABŞ-ın əhalisi və biznesi 2020-ci ildə COVID-19 səbəbi ilə baş verən dağıdıcı tənəzzüldən sonra uzun bir yol qət edib. Lakin ölkə təhlükəli virusa və onunla bağlı bütün problemlər səbəbindən həyat səviyyəsinə görə, geri qaytarıla bilməyən bir nöqtəyə yaxındır. Normaya qayıtma indeksinə (the Back-to-Normal Index), xüsusilə də kreditləşmə həcmi, işsizlik müavinətləri və vakansiya elanlarının sayı, daxili hava əlaqələri və otellərin doldurulması haqqında məlumatlar daxildir ki, iyunun 18-də bu göstərici 93 faizə –  pandemiya dövrünün maksimumuna çatıb, əlverişli göstərici isə 100 faiz olmalıdır.

Analitiklər iqtisadiyyatın bərpasına əsas maneə olaraq koronavirus məhdudiyyətləri və yeni əmək formatı səbəbindən turizmlə bağlı problemləri hesab edirlər – ofis işçilərinin əksəriyyəti həm də məsafədən çalışmaqdadırlar ki, bu da ənənəvi biznesdə struktur dəyişikliklərinə yol açıb. Bundan əlavə, işsizlik müavinəti üçün müraciətlərin sayı hələ də pandemiyadan əvvəlki dövrə nisbətən iki dəfə çoxdur. İqtisadi böyümənin sürətlənməsi, bazarın yeni quruluşu nəzərə alınmaqla Amerika layihələrinə investorların marağının artması ilə mümkündür.

ABŞ sakinlərinin əksəriyyətini həmçinin icarə ödənişlərinə qoyulan moratoriumun ləğvi səbəbindən kütləvi köçürülmə dalğasına düşmək təhlükəsi gözləyir. Harvard mənzil araşdırmaları mərkəzinin bir hesabatına görə, lokdaunlar zamanı amerikalılar mənzillər və evlərin gələcək ödənişləri üçün pullarına qənaət edə bilməyiblər, çünki dövlətdən verilən müavinətlər bahalaşan mal və xidmətlərə sərf olunub.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email