ABŞ vergi sistemi (1-ci hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ABŞ vergi sistemi ən inkişaf etmiş vergitutma sistemlərindən biri hesab olunur. ABŞ iqtisadiyyatın liberal modelinə istiqamətlənən bir ölkədir və federativ dövlətdir. Burada üç səviyyəli vergi sistemindən istifadə olunur: federal vergilər, ştatların vergiləri, yerli vergilər.

Birləşmiş Ştatlarda vergilərin idarə olunması ilə məşğul olan orqan ABŞ Maliyyə Nazirliyinin ən böyük struktur bölməsi olan daxili gəlir xidmətidir (İnternal Revenue Service, IRS). Onların veb səhifəsi – https://www.irs.gov/ adlanır. Vergilərlə bağlı o qədər incəliklər var ki, sadəcə saytla kifayətlənə bilməyəcəksiniz: “vergi məsləhətçisi” adlandırılan xüsusi bir peşə vardır, hansı ki, minlərlə qaydalar və minlərlə xüsusi halların bütün bölmələrindən və incəliklərindən yaxşı baş çıxarır.

ABŞ-ın vergi sistemi-nin tərkibinin və strukturunun spesifikliyi birbaşa vergitutmanın bütün növlərindən istifadənin miqyası ilə müəyyən edilir. ABŞ-ın vergitutma sistemində hakimiyyət səlahiyyətlərinin bütün səviyyələri üzrə əsas vergi növləri paralel olaraq istifadə olunur. Belə ki, əhali 3 gəlir vergisini, korporasiyalardan 3 mənfəət vergisini, 2 əmlak vergisini və s. ödəyir.

Federal büdcə gəlirlərinin əsas hissəsi, subyektləri fiziki şəxslər, fərdi müəssisə və ortaqlığı olan hüquqi şəxs statusuna malik olmayan əhalidən gəlir vergisi (income tax) təşkil edir.

Hesablanması 3 mərhələdə həyata keçirilir:

  1. Əmək haqqı, annuitet, pensiya, aliment, qiymətli kağızlar gəlirləri, mükafatlar, bonuslar, rentalar və royalti, fermer gəlirləri, sosial müavinətlər və işsizlik müavinətləri, təqaüdlər, güvənlik əməliyyatları və daşınmaz əmlak gəlirləri və s. ibarət ola biləcək məcmu gəlir hesablanır.
  2. Ümumi gəlir ondan icazə verilən xərclər və güzəştlər çıxılmaqla korrektə edilir. Bunlara ticarət və ya istehsal xərcləri, qiymətli kağızlarla satış və ya mübadilə əməliyyatlarından zərərlər, ödənilən alimentlər,  şəxslərin pensiya ilə bağlı üzvlük haqları, əvvəlcədən vergi ödənişləri və s. daxildir.
  3. Korrektə olunmuş məcmu gəlirdən təsnifləşdirilən və ya standart ayırmalar çıxılır. Əldə olunan məbləğ vergi tutulan gəlirdir. Əsas ayırmalara aşağıdakılar daxildir: vergi ödəyicisi olan şəxsin himayəsindəki hər bir şəxsə görə vergiyə cəlb edilməyən minimum məbləğ; 65 yaşdan yuxarı şəxslər və əlillər üçün əlavə güzəştlər; ixtisasın artıılması ilə əlaqəli yeni yaşayış yerinə köçərkən, çəkilən xərclər; ezamiyyət, xeyriyyəçilik haqları və s. Göstərilən ayırmalar ümumi gəlirdən 50% – dən çox olmayan məbləğdə həyata keçirilə bilər, qalan 25% isə 5 il ərzində gəlirdən çıxıla bilər.

2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email