Aksiz markası ilə bağlı qanun pozuntusuna görə cəzalar

posted in: Xəbər | 0
birbank biznes

torpaq vergisi üzrə öhdəlik, torpaq vergisi üzrə öhdəliklər, gəlirdən çıxılan xərclər, avadanlıqların təmir xərcləri, əsas vəsaitlərin təmiri, əmlakın satış qaydaları, Vergi Məcəlləsi dəyişiklik, vergi məcəlləsinin 163-cü maddəsi, Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik, idxalı zamanı aksiz, avtomobilin idxalı zamanı aksiz, kreditor borclar, debitor borclar, Vergi güzəşti, Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Qanunvericiliyə əsasən, aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mövzunu Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev şərh edib:

Qanunvericiliyə əsasən, aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və məsuliyyətə səbəb olur.

Vergi Məcəlləsinin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına və ya məcburi nişanlama ilə nişanlanmamasına, tam uçota alınmamasına, aksiz markalarının və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


İşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən təminatlar gəlir vergisindən azaddır


Misal 1: Aksiz vergisinin ödəyicisi olan “A” müəssisəsi aksizli mallara vurulmuş plombları zədələnib. Bu halda ona 5.000 manat maliyyə sanksiyası tətbiq olunur.

Vergi Məcəlləsinin 191.2-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: Siqaret istehsalı ilə məşğul olan “B” müəssisəsi bazar dəyəri 4.000 manat olan siqaret məhsulunu 2022-ci ilin fevral ayında markalanmadan istehsal binalarının hüdudlarından kənara buraxıb. Belə halın təqvim ili ərzində birinci dəfə baş verdiyini nəzərə alaraq müəssisəyə malın bazar dəyərinin 1 misli, yəni 4.000 manat maliyyə sanksiyası tətbiq olunacaq. Müəssisə 2022-ci ildə belə hala ikinci dəfə yol verərsə, yəni bazar dəyəri 6.000 manat olan aksizli malı markalanmadan istehsal binasından kənara buraxarsa, bu halda ona 12.000 manat maliyyə sanksiyası tətbiq olunacaq:

6.000 x 2 = 12.000 manat.

Mənbə: vergiler.az


Borc gəlir hesab edilirmi?


Print Friendly, PDF & Email