Vergi ödəyiciləri vətəndaşlardan alış aktları ilə inventar ala bilərmi?

posted in: Xəbər | 0

cari vergi ödəmələri, Əmlak vergisi ödəyicisi, Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də vətəndaşlardan onların şəxsi istifadəsində olan inventarların və digər malların alış aktları ilə alınmasıdır. Bu zaman hansı vergi öhdəlikləri yaranır? Məsələyə sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 71-2.1. maddəsində bildirilir ki, Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Buradan aydın görünür ki, vergi ödəyicisi vətəndaşlardan istənilən malı ala bilər. Mal dedikdə inventarlar da ora aid olur.

Tutaq ki, “AA” MMC vətəndaşdan onun şəxsi istifadəsində olmuş 5.000 manatlıq stol, stul və digər inventarlar almaq istəyir. Bu zaman ortaya çıxa biləcək suallar nəzər yetirək.

– Bunun üçün rəsmiləşdirmə necə olmalıdır?

– Vətəndaşdan inventarların alınması alış aktı ilə rəsmiləşdirilməlidir.

– Bu hal üçün Vergi Məcəlləsinin 101.6-cı maddəsi tədbiq edilirmi?

– Məcəllənin 101.6-cı maddəsində qeyd edilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Məcəllənin bu maddəsində “Nağdsız hesablaşmalar haqqında” Qanuna birbaşa istinad olunur ki, bu qanunun 3.5-ci maddəsində olan alışlara inventarların alınması aid deyildir. Odur ki, vətəndaşdan alınan 5.000 manatlıq inventar üçün 2% vergi tutulmayacaqdır. Nəticə etibarilə “AA” MMC ödəmə mənbəyində heç bir vergi tutmayacaqdır.

– Bəs vətəndaş satdığı malın qarşılığında aldığı 5.000 manatdan vergi verməlidirmi?

– Məsələyə daha geniş çərçivədən baxılmalıdır. Faktiki olaraq vətəndaş sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir və satdığı inventarlar onun şəxsi istifadəsində olan əşyalardır. Yəni 5.000 manat sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir deyildir.

– Bu hansı gəlirlərə aid edilir?

– Qeyd etdiyimiz kimi, bu, sahibkarlıq fəaliyyətindən gəlir sayılmır. Vergi Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Məcəllənin 99.3.6. maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir də qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir.

Göründüyü kimi, şəxsi istifadədə olan əşyaların təqdim edilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayılır. Vətəndaşın aldə etdiyi 5.000 manat qeyri-sahibkarlıq fəaliyyətindən gəlir olduğu üçün xərclər çıxılandan sonra 14% vergiyə cəlb olunur.

“AA” MMC-nin ödəmə mənbəyində vergi tutmaq öhdəliyi yoxdur. Belə hallarda vergi örqanları alış aktlarına görə vətəndaş haqqında bütün məlumatları da, vətəndaşın gəlirini (5.000 manatı) də görür. Qalır bu gəlirlə bağlı vətəndaşın xərclərinin müəyyənləşdirilməsi. Bunun üçün də vergi orqanları xüsusi prosedurlar tədbiq edərək vətəndaşın öz iştirakı ilə xərclərini müəyyənləşdirir. Son nəticədə yekun xalis gəlir aydınlaşır və vətəndaş tərəfindən 14% vergi ödənilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *