Ani Ödənişlər Sisteminin “AniPay” mobil tətbiqi vasitəsilə təqdim olunan rəqəmsal həllərin əhatəliliyi artırılıb

posted in: Xəbər | 0
birbank biznes

bank hesabları, QR kodla ödəmə, AÖS, "QR kod"la ödəmə, Ani Ödənişlər Sistemi, Rəqəmsal İdentifikasiya Sistemi, Ani Ödənişlər Sistemi, uçot dərəcəsi, Ani Ödənişlər Sistemi, Yeni ödənişlər sistemi, Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılaraq 2020-ci il oktyabrın 1-də istismara verilmiş Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.

AMB-dən bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində, ölkədə ilk dəfə olaraq “Açıq bankçılıq” prinsipləri əsasında AÖS-də müştərilərin və onlara aid bank hesablarının məsafədən qeydiyyatdan keçirilməsi, silinməsi, qalıq üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılmasına dair funksionallıqlar yaradılıb. Hazırda “Yapı Kredi Bank Azərbaycan” QSC, “Unibank” KB ASC, “AFB Bank”, “Azər-Türk Bank” ASC müştəriləri cari və ödəniş kartı hesabları üzrə, “Premium Bank” ASC, “Günay Bank” ASC, “Muğanbank” ASC, “Naxçıvanbank” ASC, “Bank Avrasiya” ASC, “Bank Respublika” ASC, “Turanbank” ASC və Bank “BTB” ASC müştəriləri isə cari hesablar üzrə sistemin qeyd edilən funksionallıqlarından yararlana bilər. Eyni zamanda, müştərilər AÖS-ün “AniPay” mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər.

Qeyd edək ki, hazırda 19 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email