“Apple” rekord qazanc əldə edib

posted in: Xəbər | 0
birbank biznes

“Apple” şirkəti rüblük, rekord məbləğdə – 21,7 milyard dollarlıq mənfəət barədə hesabat verib. Bu, şirkətin 45 illik tarixində ən yaxşı nəticədir, deyə “The Wall Street Journal” bildirir.

İyun ayında sona çatan ikinci rübdə IT nəhənginin gəlirləri əvvəlki illə müqayisədə 36 faiz artıb və 81,4 milyard dollar təşkil edib. Bundan əlavə, iPhone satışından əldə edilən gəlir də ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,41 milyard dollardan 39,57 milyarda qədər artıb.

Bundan əvvəl iyul ayının əvvəlində şirkət çiplərin çatışmazlığı səbəbindən Mac və iPad istehsalı ilə bağlı problemləri olduğunu açıqlamışdı. Analitiklər, ehtimal ki, bu səbəbdən “Apple” səhmlərinin düşməsinə gətirib çıxaracaq gəlir artımının yavaşlamasını proqnozlaşdırmışdılar. Şirkətin baş direktoru Tim Kuk qeyd edib ki, “Apple” öz məhsullarına detalların vaxtında çatdırılması ilə bağlı hələ də çətinlik çəkir.

İyulun əvvəlində “Apple” səhmlərinin qiyməti tarixi rekord vurmuşdu. O vaxt bir səhmin qiyməti 145,13 dollar səviyyəsinə çatmışdı. Bir səhm üçün bundan əvvəlki maksimum qiymət 2021-ci il ianvar ayının 25-də qeydə alınmışdı – 145,27 dollar. Bundan sonra qiymətli kağızların qiyməti yüksəlməkdə davam etdi: iyulun 27-də hərracların sonunda səhmlər 146,77 dollara satılırdı.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email