“Apple” şirkətinin əməkdaşları ofislərə qayıtmaqdan imtina ediblər

posted in: Xəbər | 0
birbank biznes

“Apple” şirkətinin əməkdaşları, payızdan etibarən həftədə qarşılarına ən azı üç gün ofisdə işləmək öhdəliyi qoyan yeni korporativ qaydaya qarşı çıxıblar. Bu haqda əməkdaşların korporasiyanın rəhbəri “Tim Cook”a yazdığı məktuba istinadən “The Verge” nəşri xəbər verib.

Məktubda bir çox əməkdaşların ofis işinə qayıtmaqdan imtina etdiklərindən söz açılır. Müraciətdə qeyd olunur ki, bəzi əməkdaşlar artıq işdən azad olunmaqla bağlı ərizə yazmaq məcburiyyətində qalıblar.

“Bir çoxumuz ailələrimiz, rifahımız və işlərimizi daha yaxşı yerinə yetirmək və “Apple” komandasının bir hissəsi olmaq imkanı arasında seçim etməli olduğumuzu hiss edirik”, – onlar öz mövqelərini bu cür izah ediblər.

Məktub müəllifləri öz işlərini ofisdən kənarda da uğurla yerinə yetirdiklərini qeyd ediblər.

Onlar həmçinin rəhbərliyin və şirkət personalının məsafədən çalışma ilə bağlı baxışları arasında olan fərqi də “Tim Cook”un diqqətinə çatdırıblar. “Bir çoxumuzun həmkarları ilə ofisdə şəxsən görüşmək istəyi ilə bağlı mesajlar (…) olduqca aşağılayıcı və dəyərsizləyici görünür”, – “Apple” şirkətinin əməkdaşları qeyd ediblər.

İyunun 2-də Kukun əməkdaşlara yazdığı məktubun təfərrüatları da məlum olub. Belə ki, məktubda o, həftədə bir neçə gün ofisdən çalışmağın daha məqsədəuyğun olduğunu vurğulayıb. Bununla belə, bəzi işçi komandaları isə həftə ərzində ofisə dörd və ya beş gün gəlməli olacaqlar.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email