Müasir mənada audit XIX əsrin ortalarında bazar münasibətlərinin inkişafı ilə əlaqədar formalaşmağa başlamışdı. Bazar iqtisadiyyatının təşəkkülü şirkətlərin kütləvi müflisləşməsi ilə müşayiət olunurdu.
Şirkətlərin tez-tez iflas etməsi, rəhbərlik tərəfindən aldadılmalar, maliyyə yatırımları riskini əhəmiyyətli dərəcədə artırırdı. Müflisləşmiş səhmdarların müdafiəsinə zərurət yaranmışdı. İnvestorlar və mövcud səhmdarlara isə şirkətlərdəki işlərin vəziyyəti barədə etibarlı məlumatlar lazım idi. Səhmdarlar əmin olmaq istəyirdilər ki, onları aldatmırlar, administrasiyaların təqdim etdiyi hesabat isə tamamilə doğrudur. Bu məqsədlə, mühasibat hesabatlarının düzgünlüyünü yoxlamaq üçün, səhmdarların düşüncəsinə görə, etibar edilə bilən insanlar dəvət olunmağa başladı. Auditin məqsədi maliyyə-təsərrüfat fəaliyyətinin və şirkətlərin hesablarının düzgünlüyünün ətraflı yoxlanılmasından ibarət idi. Həmin dövrdə auditorun şəxsiyyətinin əsas xüsusiyyətləri onun qüsursuz saflığı, dürüstlüyü və müstəqilliyi idi.
1844-cü ildə səhmdarlara təqdim etmək üçün müstəqil mühasiblər tərəfindən hesabların və hesabatların yoxlanılmasını təmin edən bir sıra qanunların qəbul edildiyi auditin tarixi vətəni İngiltərə hesab olunurdu. 1862-ci ildə İngiltərədə məcburi audit haqqında qanun qəbul edildi. Daha sonra məcburi audit haqqında qanunlar digər ölkələrdə də qüvvəyə mindi. 1887-ci ildə ABŞ-da auditorlar Assosiasiyası yaradıldı, 1896-cı ildə isə Nyu-York ştatında qanunvericilik yolu ilə auditor fəaliyyəti reqlamentləşdirildi. ABŞ-da audit haqqında ilk rəsmi qərar 1917-ci ildə dərc edilib və “balansların auditi”nə həsr olunub.
Almaniyada, 1870-ci ildə, səhmdar cəmiyyətlər haqqında qanuna əlavə olaraq, bu cəmiyyətlərin müşahidə şuralarının əsas hesabat balans-formalarının yoxlanmasını həyata keçirməsini və mənfəətin bölüşdürülməsi barədə hesabatları və bu yoxlamaların nəticələrini səhmdarların diqqətinə çatdırmağı öhdəsinə götürdüyü ilk audit cəhdi edilmişdi.
1932-ci ildə Almaniyada 1941-ci ilə qədər fəaliyyət göstərən Auditorlar İnstitutu yaradılmışdı. İkinci dünya müharibəsi başa çatdıqdan sonra, 1954-cü ildə Auditorlar İnstitutu, Almaniyanın Auditorlar İnstitutu adlandırıldı. Almaniyada auditor fəaliyyətinə dövlət təsiri onunla müəyyən edilir ki, bütün auditorlar və auditor firmaları mütləq AFR-in Auditor Palatasının üzvlərindən ibarət olmalıdırlar.
1867-da Fransada, müfəttişləri səhmdar cəmiyyətlərinin balansını yoxlamaq və qiymətləndirmək üçün məcbur edən qanunlar qəbul edildi. Hazırda Fransada auditor fəaliyyəti ilə məşğul olan iki əsas təşkilat fəaliyyət göstərir. Onlardan biri ekspert-mühasiblər Palatası, ikinci isə – hesablama komissarlarının milli şirkəti adlanır. Onların arasında əsas fərq ondan ibarətdir ki, birincilər Səhmdar cəmiyyətlərində mühasibat uçotu və hesabat yoxlamalarının keçirilməsi üçün dəvət olunurlar, ikincilər isə yoxlamaların keçirilməsi üçün məcburi qaydada təyin edilirlər.
1991-ci ildə İtaliyada hökumət tərəfindən qərarı qəbul edilmişdi, ona uyğun olaraq qanuni auditor fəaliyyətini yalnız Ədliyyə Nazirliyinin nəzarəti altında olan xüsusi şəxsi reyestrə daxil edilmiş şəxslər həyata keçirə bilərlər. Bu reyestrə mühasibat uçotu, hüquq, hesablama texnikası və informatika üzrə imtahan vermiş auditorlar daxil edilə bilər.