Auditorlar Palatası tərəfindən 2020-ci il 08 may tarixində saat 12:00-da “Koronovirusun auditə təsiri” ilə əlaqədar növbəti vebinar keçiriləcəkdir
Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü olan auditor təşkilatlarına və sərbəst auditorlara pandemiya şəraitində Auditorlar Palatasında keçiriləcək növbəti vebinar barədə
Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2020-ci il 08 may tarixində saat 12:00-da auditor təşkilatlarına və sərbəst auditorlara növbəti distant vebinar keçiriləcək və eyni qayda ilə saat 11:30-da link elektron poçt vasitəsi ilə sizə göndəriləcək.
Xahiş edirik ki, həmin vaxtda vebinarın işinə qatılasınız və “Koronovirusun auditə təsiri” ilə bağlı təklif və tövsiyələrinizi verəsiniz.
(Əlaqələndirici şəxslər: İşçi Qərargahın üzvləri, Vasif Cavadov – 050-612-04-73; 012-564-80-62; Fəqan Qarayev-055-727-74-77; Nəcəf Talıbov-050-330-55-22)
Azərbaycan Respublikasının Auditorlar Palatası.
Mənbə: audit.gov.az