Aviabiletlərin və tur paketlərin satışı zamanı E-qaimə verilməlidir?

posted in: Xəbər | 0

turpaketlər, Turagentlər, vergitutma obyektləriAviabilet və tur paket satışı zamanı E-qaimə verilməlidir?


Sual: Turagent MMC vətəndaşa turpaket satışını həyata keçirir və nağdsız qaydada qəbul edilən “turpaketin” dəyəri komisyon haqqı çıxılmaqla nəğdsiz qaydada Turoperator MMC-yə ödənilir.

Sual: Vergi məcəlləsinə əsasən tur operator bu halda tur agentə ödəniş üçün e-qaimə təqdim etməlidirmi? Əgər təqdim etməlidirsə komisyon haqqını nəzərə alıb e-qaimə göndərməlidirmi?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən, elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Aviabiletlərin və tur paketlərin satışının həyata keçirilməsi məqsədilə biletlərin agentlərə və agentlər tərəfindən də həmin biletlərin digər agentlərə, yəni subagentlərə təhvil verilməsi üzrə uçuşları həyata keçirən müəssisə tərəfindən agentə və agent tərəfindən digər agentlərə elektron qaimə-faktura təqdim edilmir.

Belə əməliyyat “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir və malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.

Bununla yanaşı aviabiletlərin və tur paketlərin agent qaydasında təqdim edilməsi zamanı həmin biletlər üçün elektron qaimə-faktura verildiyi halda elektron qaimə-fakturanın qeyd bölməsində agent qaydasında satış qeyd edilməlidir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Aviabilet, tur paket, e-qaimə
Print Friendly, PDF & Email