Respublikamizda biznes qurmaq istəyən sahibkarlar (istər yerli olsun, istərsə də xarici investor) daha çox məhdud məsuliyyətli cəmiyyət açmağa üstünlük verirlər. Azərbaycanda MMC yaradılması ilk baxışdan göründüyü qədər çətin deyil. Bununla belə, məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatı prosesində sənəd və ərizələri düzgün doldurmaq, uçot siyasətini və vergi sistemini müəyyənləşdirmək və digər məsələlərdə uyğun qərar vermək vacibdir. Yuxarıda qeyd etdiklərimizi və qeyd etmədiyimiz digər nüansları nəzərə alaraq, sizə Azərbaycanda MMC qeydiyyatı, onun yaradılması və qeydiyytı ilə bağlı prosedurlar barədə addım-addım təlimat təqdim edirik.
Hüquqi forma kimi MMC seçiminin üstünlükləri
Mülki hüquq üzrə qanunvericilik Azərbaycanda biznes qurmaq istəyən yerli və xarici sahibkarlara müxtəlif hüquqi formalar tanıyır, məsələn Açıq Səhmdar Cəmiyyəti (ASC) və Qapali Səhmdar Cəmiyyəti (QSC), Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) və sair. Sahibkarlar hüquqi forma kimi daha çox MMC-yə müraciət etdilər, çünki:
- o, hüquqi forma kimi daha çevik struktura malikdir;
- təsisçilərə (payçılara) məhdud məsuliyyət imkanı tanıyır;
- minimum nizamnamə kapitalına tələb, demək olar ki, yoxdur;
- hüquqi uyğunluq (compliance) baxımından kifayət qədər sadə tələblərə malikdir.
Bütün bunlar ölkədə ticarət və xidmət sahələrindən tutmuş istehsal və İT sektoruna qədər geniş fəaliyyət sahələrində biznes qurmaq istəyın sahibkarlar üçün MMC yaradılmasını daha cəlbedici edir.
Azərbaycanda MMC yaradılması və qeydiyyatı üçün addımlar
Cəmiyyətin təssis edilməsi və hüquqi adın seçilməsi
Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması AR Mülki Məcəlləsinin 87-ci maddəsi ilə tənzimlənir. Cəmiyyətin yaradılması prosesi aşağıdakıları əhatə edir:
- təsis yığıncağının keçirilməsi;
- müqavilənin bağlanması yaxud cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsi;
- nizamnamənin hazırlanması;
- nizamnamə kapitalının ödənilməsi (nizamnamədə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa).
MMC yaradılması bir təsisçi ilə də yaradıla bilər. Bir şəxs tərəfindən yaradıldıqda cəmiyyətin yaradılması haqqında qərar qəbul olunur. Təssiçilər (təssiçi) səlahiyyətləri nizamnamədə təsbit edilən direktoru təyin edir.
Mülki Məcəllə MMC-nin adının unikal olmasını tələb edir. Bunun üçün Dövlət Vergi Xidmətinin reyestrində oxşar hüquqi adlar yoxlanılır.
Qeydiyyatı sənədlərinin təqdim edilməsi
Azərbaycanda MMC-nin qeydiyyatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vasitəsilə həyata keçirilir. Müraciətlər onlayn və ya şəxsən təqdim edilə bilər. Müraciət üçün aşağıdakı sənədlər hazırlanmalıdır:
- MMC-nin qeydiyyatı üçün ərizə forması;
- təsisçilər barədə məlumatlar – fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin (və ya pasportun) surətləri, hüquqi şəxslər üçün isə təsis sənədləri;
- cəmiyyətin nizamnaməsi;
- təsis müqaviləsi və ya yeganə təsisçinin MMC-nin yaradılması barədə qərarı;
- şirkətin hüquqi ünvanını təsdiq edən sənəd;
- dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz.
Xarici investisiyalı MMC-lərin qeydyyatı zamanı sənədlərin notarial təsdiqi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılma tələb oluna bilər
Sənədlərin düzgün təqdim edilməsi qeydiyyatı asanlaşdırar. Bu işdə sizə Bakıdakı konsaltinq şirkətləri kömək edər.
MMC-nin qeydiyyat sənədlərinin və VÖEN-in alınması
MMC qeydiyyata alındıqdan sonra ona dövlət qeydiyyatı haqqında şəhadətnamə və VÖEN verilir. Bu sənədlər onun hüquqi mövcudluğunu təsdiqləyir. Onlar bank hesabının açılması və Azərbaycanda digər biznes fəaliyyətlərinin həyata keçirilməsi üçün əsasdır.
Azərbaycanda MMC qeydiyyatı baş tutdu, bəs sonra?
Təbii ki, yerli yaxud xarici investorun MMC yaratmaqda məqsədi kommersiya fəaliyyəti ilə məşğul olmaqdır. Amma biznes fəaliyyətinə başlamazdan öncə bir sıra prosedurları da həyata keçirmək zəruridir:
- müştəri və təchizatçılarla ödənişləri həyata keçirmək üçün bank hesabının açılması;
- konkret biznes faəliyyətinə görə qanunvericiliyə uyğun olaraq lisenziya və icazələrin alınması;
- xarici və vətəndaşlığı olmayan işçilər üçün miqrasiya məsələlərinin həlli.
Azərbaycanda yeni yaradılmış MMC üçün xidmətlər burada!
Tez-tez verilən suallar (FAQ)

