Açıq və qapalı səhmdar cəmiyyət nədir və hansı fərqləri var?

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 98-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyət sayılır. Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə, qanunla qadağan olunmamış digər mənbələr hesabına yaranır. Səhmdar cəmiyyətinin 2 növü var:

1) Açıq Səhmdar Cəmiyyət (ASC)
2) Qapalı Səhmdar Cəmiyyət (QSC)

Səhmdar cəmiyyətinin firma adında onun adı, habelə, “açıq tipli səhmdar cəmiyyəti” və ya “qapalı tipli səhmdar cəmiyyəti” sözləri göstərilməlidir.

Səhmdar cəmiyyəti haqqında qanunun 17-ci maddəsinə görə Cəmiyyətin Nizamnamə fondunun minimum həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat, qapalı tipli cəmiyyətlər üçün isə 5 milyon manat müəyyən edilir.

ASC və QSC-nin dövlət qeydiyyatı üçün müəyyən olunmuş rüsumlar, bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının qeydiyyatı üçün 220 manat, digər hüquqi şəxslərin qeydiyyatı üçün isə 11 manatdır.

Qapalı səhmdar cəmiyyət (OPEN JOİNT-STOCK COMPANY)

• Səhmdar Cəmiyyətinin iştirakçıları onlara mənsub olan səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o ASC sayılır;

• Bu səhmdar cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışını həyata keçirir, yəni onların sərbəst satışını həyata keçirir;

• ASC-də səhmlərə abunə yazılışı təsisçilər tərəfindən müəyyən edilir, cəmiyyət səhmlərini bilavasitə özü, bank və ya birja vasitəsilə sata bilər;

• Səhmlərə abunə yazılışı kütləvi informasiya vasitələrində elan olunmalıdır, abunə yazılışının müddəti 6 aydan çox olmamalıdır;

• ASC illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istista olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur;

• ASC-lərin səhmdarlarının sayı məhdudlaşdırılmır. Onun təsisçisi, hətta bir fikizi və ya hüquqi şəxs ola bilər;

• ASC-nin nizamnamə kapitalının minimal həddi 4000 manat təşkil edir.

Qapalı Səhmdar Cəmiyyət (CLOSED JOİNT-STOCK COMPANY)

• Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərinin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət QSC sayılır;

• QSC buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə etmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz;

• QSC səhmlərini yalnız təsisçilər arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yaya bilər;

• QSC-nin səhmləri təsisçilər arasında bağlanmış müqaviləyə uyğun olaraq əldə edilir;

• MM-in 100.3-cü maddəsinə görə cəmiyyət illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməlidir;

• QSC-nin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər. Əgər səhmdarlardan heç biri cəmiyyətin nizamnaməsində nəzərdə tutulan müddətdə, lakin satış elan olunduğu tarixdən etibarən 30 gün ərzində özünün üstünlük hüququndan istifadə etməzsə, sonrakı 30 gün ərzində səhmdar cəmiyyəti həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlinmədikdə, səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Bu zaman səhmin satış qiyməti səhmdara və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən aşağı olmamalıdır. Əgər nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, qapalı səhmdar cəmiyyətinin səhmləri səhmdar olan fiziki şəxsin vərəsələrinə və ya hüquqi şəxsin hüquqi varisinə keçir;

• QSC-lərdə səhmdarların sayı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş həddi keçməməlidir, əks halda o, 1 il ərzində ASC-ə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onların sayı azaldılıb müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir;

• QSC-lərin iştirakçılarının say həddi 50 fiziki və hüquqi şəxlərdən ibarət müəyyən edilmişdir;

• QSC-nin nizamnamə kapitalının minimal həddi 2000 manat təşkil edir.

Benefisiar.org



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email