Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb

posted in: Xəbər | 0
birbank biznes

əmək pensiyalarının indeksləşdirilməsi, Vergi Məcəlləsində dəyişiklik, Sənaye parkları, gömrük rüsumu, vergi,Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb.

Bu, Prezident İlham Əliyevin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2023-ci ilin yanvarın 1-nə qədər uzadılıb. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.


“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109; 2017, № 11, maddə 1973; 2018, № 11, maddə 2232, № 12 (I kitab), maddə 2520; 2019, № 2, maddə 202, № 6, maddə 1006; 2020, № 3, maddə 224; 2021, № 3, maddə 216, № 5, maddə 429) 1-ci maddəsində “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2022-ci il


Print Friendly, PDF & Email