Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, 2020-ci ildən başlayaraq Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində layihənin icrasına davam edir. Belə ki, bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.

Layihə çərçivəsində paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-dən artıq işsiz, əlil, qazi, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib.

Qeyd edək ki, bu layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Biznes hesabi


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun