Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 6,1% artaraq 833,6 manat təşkil edib.
2019-cu ilin sentyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 952,4 manata çatıbki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 24,4%, cari ilin avqust ayı ilə müqayisədə isə 14,9% çoxdur.
Mənbə: apa.az