Bitkoin üçün çətin gələcək proqnozlaşdırılıb

posted in: Xəbər | 0

Bitkoinin qiyməti, Pensiya fondları, bitkoin,2021-ci ilin birinci yarısının sonunda Bitkoin aprel ayında qeydə alınan maksimum dəyərinin təxminən yarısını itirib. Mövcud risklər fonunda demək mümkündür ki, kriptovalyutanı olduqca çətin gələcək gözləyir, “CNBC” belə yazıb.

Sözügedən risklərdən birincisi dünya ölkələrinin sektorun tənzimlənməsini sərtləşdirmək səyləri ilə bağlıdır. Bir sıra mayninq layihələrini bağlamış və böyük banklara kriptovalyuta şirkətləri ilə iş aparmağı qadağan edən Çinin siyasəti bitkoinə ciddi təzyiq göstərib. Britaniya hakimiyyəti öz növbəsində ərazisində yerləşən dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance”da ticarət etməyi qadağan edib.

ABŞ-da həyata keçirilən “hədsiz tənzimləmə” də problem ola bilər, “StormX” kripto-startapının rəhbəri Simon Yu bildirib. Qeyd edib ki, bu ölkədə kriptovalyutalar ilə müxtəlif rakurslardan olan bir sıra şöbələr məşğul olur. Nəticədə onların qəbul etdiyi qərarları yerinə yetirmək çox çətindir.

Bitkoin üçün başqa bir risk – ciddi dəyişkənlik və kəskin qiymət dalğalanmasıdır. Aprel ayındakı maksimumdan sonra, demək olar ki, 65 min dollarlıq qiymət, iyun ayında 28,9 minə düşmüşdü və sonra yenidən 34 min dollar səviyyəsinə yüksəlmişdi. Bitkoinləri yanvar ayında alan və apreldə satanlar öz vəsaitlərini ikiqat artırmış oldular, amma, bitkoinlər indi satılarsa yalnız 18 faizlik fayda götürmək olar. Yeri gəlmişkən, elə bunun özü də ilin əvvəlindən bəri cəmi 16 faiz yüksəliş göstərmiş amerikanın S&P 500 indeksindən olan şirkətlərinə investisiyadan hələ ki, faydalıdır.

Bundan əlavə ekoloji məsələlər də bitkoin üçün problemə çevrilə bilər: mayninq üçün çoxlu elektrik enerjisi tələb olunur. Elektrik enerjisinin istehsalı isə atmosferin ciddi çirkləndirilməsinə gətirib çıxarır. May ayında Tesla şirkətinin qurucusu Elon Musk buna işarə etmişdi. O, bildirmişdi ki, şirkəti ətraf mühitin qayğısına qalmaq naminə bir daha kriptovlyuta ilə öz maşınlarını satmağı planlaşdırmır. Onun bu sözləri bitkoinlərin qiymətinin enişinə gətirib çıxarmışdı.

Biznes hesabi

Dövlətlərin tənzimləyici cəhdləri də kriptovalyutanın qiymətinə sarsıdıcı zərbə vurub, bu sahədə Çinin siyasəti xüsusilə amansızlığı ilə seçilir. Xüsusilə də məhz, Çindən gələn mənfi xəbərlər – nəhəng banklar və “Alipay” ödəmə sisteminin kriptovalyuta sövdələşmələrində iştiraklarının qadağan olunması – fonunda bitkoin iyunun ortalarında 30 min dollardan da ucuzlaşmışdı.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun