İnvestisiya cəlb edəcək Biznes Planın hazırlanması

posted in: Xəbər | 0
birbank biznes

İnvestisiya cəlb edəcək Biznes Planın hazırlanması

Biznes Plan investisiya cəlb etmək və yaxud cari biznesin inkişafı üçün özündə bizneslə bağlı bütün məlumatları əks etdirən sənədlər toplusudur. Biznes Planda nəzərdə tutulmuş biznesin, yəni gəlir əldə etmək məqsədinin qısa, dəqiq və aydın şərhi verilir və ona nail olmağın şərtləri, yolları aşkarlanır. İnvestisiya xarakterli biznes plan ilə cari bizneslər üçün biznes plan arasında fərqlər vardır. Biz bu yazıda investisiya cəlb edəcək biznes planda nələrə diqqət edilməsi gərəkdiyini sizlərlə paylaşırıq.

İnvestordan, bankdan, kredit təşkilatından və yaxud investisiya təşkilatlarından büdcə cəlb etmək və onları biznesin uğurlu ideyaya malik olduğuna inandırmaq həqiqətən asan deyil. Bunun üçün də biznes planda qarşı tərəfdə qaranlıq qalacaq heç bir boşluğun saxlanılmaması gərəklidir. Biznes ideya və yaxud gediləcək strateji xəritə ilə bağlı bütün məlumatlar öz əksini biznes planda tapmalıdır.


Biznes planda hansı məlumatlar olmalı və bu məlumatlar hansı qaydada olmalıdır?


Mündəricat, xülasə və açıqlama bölmələri

Biznes planın səliqəliliyini və biznes planın korporativ dəyərlərini qarşı tərəfə göstərə bilmək üçün ilkin mərhələdə mündəricat səhifəsi olmalıdır. Bu səhifə hansı başlıqların və mövzunun hansı səhifədə olduğunu göstərir ki, bu da biznes planla tanış olmaq istəyn şəxsin işini asanlaşdırır. Bundan sonrakı mərhələdə biznes planın xülasəyə salınmış hissəsi öz əksini taparsa yaxşı olar. Çünki biznes planı analiz etmək bir neçə gün zaman ala bilər. Lakin qarşı tərəf xülasə hissəsinə baxaraq biznesin ona uyğun olub olmadığını daha qısa zamanda aşkarlaya bilər. Bundan əlavə olaraq biznes planda elmi və nəzəri dildə yazılmış sözlərin açıqlamalarını verən bir səhifəyə də ehtiyac var ki, onu analiz edən tərəf biznes planı tam mənimsəyə bilsin.

Biznes planı yazan müəssisə və yaxud şəxs, Biznes haqqında, yatırılacaq ideya haqqında məlumatlar.

Əgər biznes planı yazan tərəf hüquqi şirkətdirsə o zaman mütləq müəssisə, əgər fiziki şəxsdirsə şəxs öz haqqında məlumatı biznes planda bölüşməlidir. Bu qarşı tərəfə biznes planla bağlı daha rahat qərar vermədə yardımçı olacaq. Əgər komanda varsa yaxşı olar ki, komanda da biznes planda öz əksini tapsın. Lakin burada komandanı qeyd edərkən təcrübəli və yazılan sahə ilə əlaqəsi olan şəxsləri yazmaq lazımdır.

Daxil olunacaq biznes və ideya haqqında ətraflı məlumat vermək lazımdır. Biznes nədən ibarətdir və nə üçün bu sektora yatırım edilməlidir. Bundan sonra isə ideyanın özünü açıqlamaq və əsaslandırmaq lazımdır, məqsədlər, hədəflər ideyanın üstün tərəflərini qarşı tərəfə göstərmək lazımdır.

Biznesin idarəedilməsi

Bu başlıq altında biznesin idarəedilməsi prinsipləri, daxili idarə etmə sistemi, idarəetmə fəlsəfəsi, idarəetmə strukturu, onların vəzifə öhdəlikləri və s. yer almalıdır. Bu qarşı tərəfin sizin və biznes plan haqqında müsbət düşünməsinə təkan verəcəkdir.

Bazar araşdırması və analizlər

İdeyanı və biznesin idarəedilməsini göstərdikdən, ideyanın maraqlı olduğunu sübut etdikdən sonra bazarın vəziyyətini qarşı tərəfə göstərmək gərəklidir. Burada ümumi bazar ilə bağlı rəqəmsal və maraqlı məlumatlar, rəqiblər haqqında məlumatlar, satış dövriyyələri, marketinq addımları, müştərilərin fikirləri və s. kimi araşdırmaya dayanan məlumatlar qeyd olunmalıdır. İki cür araşdırma seçimi vardır. Birinci dərəcəli araşdırma odur ki, siz araşdırmanı anket sorğuları və s. araşdırma metodologiyaları ilə özünüz əldə edəcəksiniz. İkinci dərəcəli araşdırma odur ki, internetdən bundan öncə edilmiş araşdırmalardan məlumatlar əldə edəcəksiniz. Hər bir halda hər ikisi dəyərlidir. Lakin birinci dərəcəli araşdırma metodu baha olduğu üçün çox biznes planlarda ikinci dərəcəli araşdırmalar olur.

İstehsal, anbar və lojistika planının olması

Əgər sizin biznes planınız istehsal ilə bağlıdısa biznes plada istehsal ilə bağlı ətraflı məlumatlar öz əksini tapmalıdır. Burada avadanlıqla bağlı məlumatlar, xammal ilə bağlı məlumatlar, aylıq və illik istehsal planı, anbar ilə bağlı məlumatlar və lojistika məlumatları öz əksini tapmalıdır. Bu sizin işinizin necə planlı və dəqiq olduğunu göstərən bölmələrdən biri olmalıdır.

Marketinq və satış addımları

Biznesin ideyası qədər, onu necə bazara təqdim edəcəyik və necə satış edəcəyik mövzusu da vacibdir. Bunun üçün də marketinq və satış bölmələri düzgün və effektiv işlənilməlidir ki, investisiya edən qurum və yaxud tərəf pul axışının necə formalaşdığını görə bilsin. Marketinq hissəsində şirkətin və yaxud layihənin markalaşmasından reklam fəaliyyətlərinə və eyni zamanda marketinq büdcəsinə qədər bütün məlumatlar qeyd olunmalıdır. Satış hissəsində isə satş strategiyası, satış planı və topdan və pərakəndədən satışlar aylar üzrə öz əksini tapmalıdır.

Maliyyə planı və risklərin analizi

Biznes planın ən vacib hissəsi deyərdik ki, maliyyə hissəsidir. Qarşı tərəfi ən çox maraqlandıran və biznes plana investisiya yatırılıb-yatırılmayacağı haqqında əsas istiqamət verən bölmə də elə bu bölmədir. Bu bölmədə olması gərəkən əsas məlumatlar aşağıdakı kimidir.

  • Satışdan daxil olmalar və xərclər,
  • PnL, İllərə görə mənfəət və zərər hesabatı,
  • Cash Flow, – Pul axışı,
  • EBIT, EBITA,
  • PBP, Pay Back Period,
  • MPV və s.

Bu məlumatlar sayəsində investisiya edən tərəf biznes plan ilə bağlı qərar qəbul edə biləcəkdir.

Sonra müxtəlif risk ölçmə metodologiyalarından istifadə edərək riskləri təyin etmək və onları aradan qaldırmaq üçün həll yollarını təklif etmək lazımdır.

Əməkdaşlıq üçün Onevision Busienss Solutions komandasına müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: +99455 372 71 80

Mail:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email