Mikayıl Cabbarov: “2 ayda vergi daxilolmaları 118,7 % icra olunub”

posted in: Xəbər | 0

“2 ayda vergi daxilolmaları 118,7 % icra olunub”

orijinal vergilər,“Azərbaycan biznesi koronavirus (COVID-19) pandemiyasından sonrakı bərpa dövrünə daxil olur”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

“İlin 2 ayının yekunları ürəkaçandır. İlkin məlumata əsasən, vergi daxilolmaları proqnoza nisbətən 118,7 % icra olunub. Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib”, – nazir qeyd edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat və vergi uçotu (II hissə)

posted in: muhasibat, Vergi, Xəbər | 0

Mühasibat və vergi uçotu


Mühasibat balansı, Mühasibat uçotu, Gələcəyin mühasibatlığı, Mühasibin peşə etikası, mühasib keçmişdə, mühasib peşəsi, Mühasib keçmişdə, ibrətamiz ifadələr, Mühasibatlığın əhəmiyyəti, Mühasibatlıq

Maliyyə nəticəsinin xüsusiyyətləri

Maliyyə nəticəsi:

  • sintetik şəkildə şirkətin fəaliyyətinin maliyyə nəticəsi barədə məlumat verir;
  • şirkətin öz hesabına və öz riski ilə qəbul etdiyi iqtisadi qərarların nəticəsidir;
  • cari idarəetmə baxımından optimal qərarların qəbul edilməsi üçün əsas kimi xidmət edir;
  • bir müəssisənin fəaliyyətinin qiymətləndirilməsi üçün daha çox qəbul edilən və istifadə olunan bir göstəricidir:
  • həyata keçirilən rəqəmsal tədbirlərin dəqiqliyi və düzgünlüyü yoxlanılmalıdır;
  • ötən dövr üçün gəlir və xərclərin ümumi məbləğini göstərir;
  • adi biznes əməliyyatları zamanı hansı nəticələrin əldə edildiyini və fövqəladə əməliyyatlar nəticəsində hansı nəticələrin əldə olunduğunu göstərir;
  • (mənfəət) idarəetmə səmərəliliyini hesablamaq üçün istifadə olunan formulların bir hissəsidir;
  • gəlirlər və zərərlər üzrə hesabatda müəyyən edilmiş məbləğ:
  • müəssisənin bilavasitə məqsədinin həyata keçirilməsi, yəni, təqdim olunan malların və xidmətlərin sayı və keyfiyyəti, mallara və xidmətlərə adekvat tələbatın olması və müəssisənin sərəncamında olan istehsal vəsaitlərindən rasional və səmərəli istifadə olunması barədə məlumat verir;
  • (mənfəət) müəssisənin inkişafı və modernləşdirilməsi üçün əsas maliyyə mənbəyidir;
  • (mənfəət) müəssisə və ekipaj üçün xüsusi vasitələrin yaradılmasının mənbəyidir;
  • (mənfəət) sosial məsələlərin (təhsil, sağlamlıq, ətraf mühitin mühafizəsi) maliyyələşdirilməsi mənbəyidir;
  • (mənfəət) istehsal edilmiş və satılan təmiz məhsulun dəyərinin pul ekvivalenti hesab olunur;
  • (mənfəət) maddi maraq üçün stimuldur;
  • (mənfəət) həm istehsal, həm də marketinq sahəsində təsirini əks etdirir;
  • nəticəli xarakter daşıyır.

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcbari Tibbi Sığorta haqqlarına cəlb edilməyən gəlirlər hansılardır?

posted in: Xəbər | 0

icbari tibbi sığorta, İcbari tibbi sığorta haqlarıSual: 2021-ci il Yanvar ayından tutulan İcbari Tibbi Sığorta haqqlarına cəlb edilməyən gəlirlər hansılardır? Əmək haqqı fonduna daxil edilməyən gəlirlərdən icbari tibbi sığorta haqqları tutulurmu?

Cavab: Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Bu maddədə nəzərdə tutulan əmək haqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Qeyd olunanlara əsasən icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əmək haqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunan gəlirlərə aid edilmir.

Əsas: Əmək Məcəlləsinin 157-ci maddəsi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ailə kəndli təsərrüfatının uçotunun aparılması bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiAzərbaycan Respublikası Nazirlər Kabinetinin “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 26 yanvar tarixli 22 nömrəli və “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il27 fevral tarixli 59 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu  il  23  dekabr tarixli  897  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Elektron  kənd təsərrüfatı”  informasiya  sistemi  haqqında  Əsasnamə”də  dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci  il 21  sentyabr tarixli 1157 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin2006-cı  il 26  yanvar  tarixli  22  nömrəli  Qərarı  (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2006, No 1, maddə 52; 2019, No 3, maddə 533) ilə təsdiq edilmiş“ Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2.  Ailə  kəndli  təsərrüfatının  uçotunu  müvafiq  ərazilər  üzrə bələdiyyə orqanları həyata keçirirlər. Ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət edir.  Ailə  kəndli təsərrüfatının  başçısının  və  üzvlərinin  şəxsiyyətini təsdiq  edən  sənədlərin  surətləri  ərizəyə  əlavə  edilir.  Ərizədə aşağıdakı məlumatlar göstərilir:

2.1. ailə kəndli təsərrüfatının adı və ünvanı;

2.2.ailə  kəndli  təsərrüfatının  başçısının  və  üzvlərinin  fərdi identifikasiya nömrələri;

2.3.  ailə  kəndli  təsərrüfatı  üzvlərinin  təsərrüfata  üzv  olma tarixləri  (gün,  ay,  il), fəaliyyətə  başladıqları  və  fəaliyyətlərini dayandırdıqları  (gün,  ay,  il),  məşğul  olduqları  iş  və  ya  peşələri (vəzifələri).”;

1.2. 3-cü hissədə “2” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

1.3.  7-ci hissədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi”  sözləri  “Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 2006-cı  il  16  yanvar  tarixli  11  nömrəli  Qərarı  ilə  müəyyən  edilən” sözləri ilə əvəz edilsin.

2. “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edənvəsiqənin forması və verilmə Qaydası”nın təsdiq edilməsi  haqqında” Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 fevral tarixli 59 nömrəli Qərarında (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006,  No  2, maddə 206) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında,  1-ci  hissəsində  “forması  və  verilmə”  sözləri “məzmunu və təqdim edilmə” sözləri ilə əvəz edilsin;

2.2.  həmin  Qərarla  təsdiq  edilmiş  “Ailə  kəndli  təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası” üzrə:

2.2.1. adında “forması və verilmə” sözləri “məzmunu və təqdim edilmə” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.1-ci bənddə “verilən” sözü “Elektron kənd təsərrüfatı” informasiya sistemi (bundan sonra –EKTİS) vasitəsilə təqdim edilən” sözləri ilə əvəz edilsin;

2.2.3. 1.2-ci bənddə “verilir” sözü “təqdim edilir” sözləri ilə əvəz edilsin;

2.2.4. 1.3-cü bənddən “(və ya vəsiqələrin dublikatını)” sözləri çıxarılsın;

2.2.5. 2-ci  hissənin  adında “FORMASI  VƏ  ONUN DOLDURULMASI” sözləri “MƏZMUNU” sözü ilə əvəz edilsin;

2.2.6. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1.  Müvafiq  ərazi  üzrə  bələdiyyə  tərəfindən  AKT  uçota alındıqdan sonra təsdiqedici sənədlərə əsasən ailə kəndli təsərrüfatı üzvlərinə  vəsiqələrin  təqdim  edilməsi  məqsədilə  “kənd  təsərrüfatı subyektlərinin  qeydiyyatı”  altsistemi  vasitəsilə  EKTİS-ə  aşağıdakı məlumatlar daxil edilir:

2.1.1. ailə kəndli təsərrüfatının adı və ünvanı;

2.1.2. ailə  kəndli  təsərrüfatınınüzvünün  fərdi  identifikasiya nömrəsi,  soyadı,  adı,  atasının  adı,  doğulduğu  tarix,  ailə  kəndli təsərrüfatına üzv olma tarixi;

2.1.3. ailə  kəndli  təsərrüfatınınüzvünün  fəaliyyətə  başladığı tarix, təsərrüfat-təqvim illəri, AKT üzvünün məşğul olduğu iş və ya vəzifəsi (peşəsi).”;

2.2.7. 2.2-ci və 2.3-cü bəndlər ləğv edilsin;

2.2.8. 2.5-ci bəndin ikinci və üçüncü cümlələri çıxarılsın;

2.2.9.  3-cü  hissənin  adında  “ÜZVLƏRİNİN  VƏSİQƏLƏRİNİN HAZIRLANMASI,   VERİLMƏSİ   VƏ   SAXLANILMASI”   sözləri “ÜZVÜNÜN VƏSİQƏSİNİN TƏQDİM EDİLMƏ QAYDASI” sözləri ilə əvəz edilsin və mətni aşağıdakı redaksiyada verilsin:

“3.1.  Müvafiq  ərazi  üzrə  bələdiyyə  tərəfindən  bu  Qaydanın 2.1-ci  bəndində  qeyd  olunan  məlumatlar  EKTİS-ə  daxil  edildikdən sonra  uçota  alınmış  ailə  kəndli  təsərrüfatıüzvünün  vəsiqəsi bələdiyyənin  vəzifəli  şəxslərinin  gücləndirilmiş  elektron  imzası  ilə təsdiqləndikdən sonra EKTİS tərəfindən real vaxt rejimində nömrə verilir  və  ailə  kəndli  təsərrüfatı üzvününelektron  üsulla  real  vaxt rejimində əldə etməsi imkanı təmin olunur.

3.2. AKT üzvünün soyadı, adı, atasının adı, doğulduğu tarix və məşğul olduğu iş ilə bağlı məlumatlar dəyişdikdə AKT başçısı yeni vəsiqənin  alınması  üçün  müvafiq  ərazi  üzrə  bələdiyyəyə  müraciət edir. Yeni vəsiqə AKT üzvünə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada və formada 5 gün müddətində verilir.”;

2.2.10.  4-cü  və  5-ci  hissələr  və  həmin Qaydaya  Əlavə  “Ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsinin FORMASI” ləğv edilsin.

3. Müəyyən edilsin ki, bu Qərar qüvvəyə minənədək ailə kəndli təsərrüfatı üzvlərinə kağız formada verilmiş vəsiqə elektron vəsiqəyə bərabər  tutulur.  Kağız  formada  verilmiş  vəsiqə  itirildikdə,  məhv olduqda və ya yararsız hala düşdükdə, ailə kəndli təsərrüfatı üzvünə elektron  formada  yeni  vəsiqə  təqdim  edilir.  Eyni  zamanda,  uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək  stajı  barədə  məlumatlar  6  (altı)  ay  müddətində  yerli özünüidarəetmə  orqanları  tərəfindən  “Elektron  kənd  təsərrüfatı” informasiya sisteminə əlavə edilir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 fevral 2021-ci il

No 43

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun