Bank hesabına ödənilən məbləğə görə kassa çeki verilməlidirmi?

posted in: Xəbər | 0
birbank biznes

Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Bir ildən artıq davam edən pandemiya şəraitində malların və xidmətlərin onlayn qaydada təqdim edilməsinin həcmi artıb. Artıq bir çox ticarət və xidmət müəssisələri satışlarını ikili formada davam etdirir ki, bu zaman dövriyyələrin rəsmiləşməsi məsələlərində müəyyən suallar ortaya çıxır. Mövzunu maliyyə eksperti Mahmud Abasquliyev şərh edir.

Tutaq ki, pərakəndə satışla məşğul olan mağaza həm yerində, həm də onlayn xidmət göstərir. Onlayn satış üçün mağazanın bank hesabı açılıb. Satışdan gələn vəsait həmin hesaba mədaxil olunur. Bu zaman alıcıya nəzarət-kassa çeki təqdim olunmalıdırmı?

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti pərakəndə satış hesab olunur.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Eyni zamanda həmin mağazanın fəaliyyət növü pərakəndə satış olduğundan pərakəndə qaydada satış zamanı mağaza tərəfindən alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir. Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1-ci maddəsinin müddəalarına əsasən, nağdsız hesablaşmalar üç formada həyata keçirilir:

– bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə;

– ödəniş terminalları ilə;

– birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə.

Qeyd olunanlara əsasən, gətirdiyimiz misalda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mallara görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilməlidir. Dəyəri birbaşa bank hesabınıza ödənilmiş mallara görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email