Birinci rübdə vergi daxilolmaları üzrə proqnoza 121,1 faiz əməl edilib

posted in: Xəbər | 0

Asan İmza, Vergilərə işə qəbul, dövlət vergi, işə qəbul, ödənilmiş vergilər, Valyuta, Şəxsi hesab vərəqəsi, Məcburi dövlət sosial sığortası, mdss, işsizlik sığortası, Vergilər nazirinin müavini, Vergi ödəyicisi, Elektron qeydiyyat, Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitam2021-ci ilin birinci rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2 milyard 85,73 milyon manat təşkil edib. Proqnoza 121,1 faiz əməl edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub, bunun da 211,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

Mənbə: vergiler.az

 

 

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın Mastercard və Maestro kart sahibləri əlavə keşbek qazanacaqlar!

posted in: Xəbər | 0

Daun sindromlu şəxslər, Kapital Bank, maliyyələşmə, "YAŞA" mərkəzi, Kapital Bank terminalları, Qarabağ Dirçəliş Fondu, ipoteka krediti, Hadrutda bankomat, ödəniş terminalı,Kapital Bank Qubadlı filialı, Kapital Bank Qubadlı filialı, Qarabağın səsi, Kapital Bank Ordubad filialı, Şuşada ilk bankomat, biznesə başlamaq, nağd pul krediti, Daşınmaz əmlak, əmək haqqı, ASAN imza, smart Təhsil kartı, onlayn növbə, fiziki şəxs, BirCode Camp, qeyri-bank məhsulları, Silahlı Qüvvələrə dəstək, nağd pul krediti, BirKart, Raiffeisen Bank International, kredit, ödəniş, Kapital Bank, kibertəhlükəsizlik, daxili ipoteka, Kapital Bank-ın reytinqi, Kapital Bank Sberbank, Smart tələbə kartı,Kapital Bank-ın Mastercard və Maestro kart sahibləri üçün yeni qazandıran aksiya keçirilir. Şərtlərə görə, Mastercard və Maestro kart sahibləri istənilən NFC ödənişləri həyata keçirən zaman, ilk 5 əməliyyatın hər birinə görə 1 AZN, 5-ci əməliyyat zamanı isə əlavə olaraq 5 AZN keşbek qazanacaqlar.

Aksiyada iştirak etmək üçün minimal ödəniş məbləği 5 AZN təşkil etməlidir. 8 iyun 2021-ci il tarixinədək davam edəcək aksiyada müştərilər hər Mastercard və Maestro kartları üzrə yalnız 1 dəfə yararlanaraq, əlavə 10 AZN qazana bilərlər.

Qeyd edək ki, Android əməliyyat sisteminin istifadəçiləri BirBank mobil tətbiqində NFC ödənişləri üçün Kapital Bank-ın istənilən Mastercard və Maestro ödəniş kartını əlavə etməklə, ödənişləri həyata keçirə bilərlər. Bu zaman telefonu POS-terminala yaxınlaşdırmaq kifayətdir. Aksiya barədə əlavə məlumatı saytdan almaq mümkündür – https://kbl.az/bmcnc.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi inzibatçılığı rəqəmsal vergi idarəetməsinə transformasiya ediləcək

posted in: Xəbər | 0

elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Rəqəmsal Transformasiya Şurası vergi idarəetməsində rəqəmsal yanaşmanı daha da genişləndirəcək. Şuranın yaradılması zərurəti də məhz vergi idarəetməsində tətbiq edilən rəqəmsal yanaşmanın və həllərin daha da genişləndirilməsi, bu məqsədlə mövcud olan resurslardan maksimum dərəcədə səmərəli istifadə edilməsi ehtiyacından irəli gəlir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu sözləri Vergi Xidməti rəisinin müşaviri Sərxan Həşimov deyib. Onun sözlərinə görə, hazırda qarşılarında duran əsas hədəf mövcud olan və kifayət qədər uğurla fəaliyyət göstərən elektron vergi inzibatçılığını rəqəmsal vergi idarəetməsinə transformasiya etməkdir.

S.Həşimov şuranın yaradılmasının məqsədi və onun əsas fəaliyyət prinsipləri barədə danışarkən əlavə edib ki, əsas məqsədlərdən biri vergi idarəetməsini sürətlə rəqəmsallaşdıraraq onun iştirakçıları, xüsusilə də vergi ödəyiciləri üçün vergi inzibatçılığı ilə qarşılıqlı münasibət zamanı rahatlıqlarının və yüksək effektivliyin təmin edilməsidir: “Bu məqsədlə Dövlət Vergi Xidmətinin informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində strategiyasının, vahid standartların hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur”.
O əlavə edib ki, strateji məqsədlərə çatmaq üçün informasiyanın toplanması, emalı və təhlili əsasında biznes təkliflərinin hazırlanması sistemi yaradılacaq. Rəqəmsal layihələrin həyata keçirilməsi zamanı fəaliyyətimizdə effektivlik, standartlaşma, təhlükəsizlik və fasiləsizlik prinsipləri əsas götürüləcək.

Qeyd edilib ki, Rəqəmsal Transformasiya Şurasının qarşısında duran əsas hədəflərdən biri də AVIS markası ilə tanınan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin müasir və hətta gələcək tələblərə uyğun olaraq yenilənməsi üzrə işlərin koordinasiyasıdır. Bu işlərə artıq başlanılıb, hazırda isə şura tərəfindən prioritetlərin müəyyən edilməsi və müxtəlif maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Eyni zamanda, Dövlət Vergi Xidmətinin elektron portalının yenilənməsi və mobil tətbiqinin yaradılması istiqamətində işlərə də start verilib. Dövlət Vergi Xidmətində rəqəmsal transformasiyanın əsas hədəflərindən biri də mövcud olan məlumatlar bazasının səmərəli və sürətli emalı sisteminin qurulması ilə çevik qərarların qəbul edilməsinə nail olmaqdır.

S.Həşimov deyib ki, burada söhbət yalnız vergi ödənişlərindən yayınan vergi ödəyicilərinin aşkarlanması prosesinin daha da sürətli və ədalətli həyata keçirilməsindən getmir, halbuki bu da önəmli məqsədlərdən biridir: “Bu yanaşmanın həyata keçirilməsi, həm də vergiödəyicilərinə yüksək səviyyədə xidmətin göstərilməsinə nail olmaqdır”.

Qeyd edək ki, Rəqəmsal Transformasiya Şurasının yaradılmasına Dövlət Vergi Xidmətinin rəisinin əmri ilə 2021-ci ilin yanvarında qərar verilib.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə lizinqi əməliyyatlarında faizlərdən verginin tutulması

posted in: Xəbər | 0

Maliyyə lizinqi əməliyyatlarında faizlərdən verginin tutulması

sığorta xərcləri, Maliyyə lizinqi əməliyyatları,Maliyyə lizinqindən vergilərin ödənilməsi zamanı vergi ödəyiciləri müəyyən suallarla qarşılaşırlar. Mövzuya sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 123.1-ci maddəsində göstərilir ki, rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

123.1-ci maddənin şərti, ilk baxışda sadə görünür. Diqqətlə yanaşdıqda isə maddədə maliyyə lizinqi ilə bağlı əməliyyatların iki hissəyə bölündüyünü görürük.

Maddənin birinci hissəsinə əsasən “…maliyyə lizinqini həyata keçirən rezident şəxslərə… maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə… ödənilən faizlər istisna olmaqla…”

Eyni maddənin ikinci hissəsində isə yazılmışdır: “…maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən…10 faiz dərəcə ilə vergi tutulur”.

Misal 1: Tutaq ki, “AA” MMC rezident hüquqi şəxsdir və maliyyə lizinqi ilə məşğul olur. Rezident, lizinq alan MMC-yə 10.000 manat faiz ödəyir. Bu halda, Vergi Məcəlləsinin 123-cü maddəsinin birinci və ikinci hissələrinə görə rezidentə ödənilən 10.000 manatdan 10 faiz vergi tutulmayacaq.

Misal 2: Azərbaycan Respublikasında “SS” LTD-nin daimi nümayəndəliyi fəaliyyət göstərir və maliyyə lizinqi ilə məşğul olur. Ona da rezindent lizinq əməliyyatı çərçivəsində 5000 manat faiz ödəyir. Bu halda da “SS” LTD-nin nümayəndəliyinə ödənilən 5000 manandan vergi tutulmayacaq.

Misal 3: “VV” LTD qeyri-rezidentdir və Azərbaycan Respublikasında daimi mümayəndəyi yoxdur. Lizinq əməliyyatı çərçivəsində rezident ona 3000 dollar faiz ödəyir. Bu halda, “VV” LTD-yə rezident tərəfindən ödənilən 3000 dollardan 10 faiz, yəni 300 dollar vergi tutulacaq və qalan 2700 dollar ona ödəniləcək.

Çünki Vergi Məcəlləsinin 123-cü maddənin ikinci hissəsinin müddəalarına görə, ümumilikdə maliyyə lizinqinə görə ödənilən faizlərdən 10 faiz vergi tutulmalıdır. Burada qeyri-rezidentə ödənilən faizlərə görə vergidən azad olunma nəzərdə tutulmayıb.

Odur ki, qeyri-rezidentə ödənilən maliyyə lizinqinə görə faizlərdən 10 faiz vergi tutulmalıdır.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun