Kapital Bank artıq Qubadlıda!

posted in: Xəbər | 0

Kapital Bank işğaldan azad olunan ərazilərdə bank infrastrukturunun bərpası istiqamətində işlər həyata keçirməyə davam edir. Belə ki, Qubadlı rayonunun Xanlıq kəndində fəaliyyət göstərən marketlərin birində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.

Bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında Şuşada olan “Bolmart” marketində bankomat və ödəniş terminalı yerləşdirilib.

Həmçinin, AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb, mağaza BirKart-ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə işğaldan azad olunan rayonlara getmək imkanı yaradılan kimi, taksit imkanından, “Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibin peşə etikası (I hissə)

posted in: Mühasib, Xəbər | 0

Mühasibin peşə etikası, Mühasib köməkçisi VakansiyaMühasibin peşə etikası (I hissə)

Bütün dünyada peşəkar mühasiblər cəmiyyətdə mühüm rol oynayırlar. Dövlət (hökumət), investorlar, kreditorlar, işəgötürənlər və ümumiyyətlə əhali peşəkar mühasiblər tərəfindən yaradılan iqtisadi məlumatların istifadəçiləridir. Bu cür xidmətləri təqdim edərkən peşəkar mühasiblərin peşəkar yanaşması və davranışı bütün ölkənin iqtisadi rifahına təsir göstərir.

Deməli, mühasib peşəsi ictimai əhəmiyyətli bir peşədir. Bu, ictimai maraqlara riayət etmək üçün peşəkar mühasiblərin üzərinə məsuliyyət qoyur. Peşəkar mühasibin vəzifələri təkcə ayrı-ayrı müştərinin və ya işəgötürənin deyil, bütün cəmiyyətin tələbatını ödəməkdən ibarətdir.

Mühasibin etikasına dair xüsusi tələblər bir neçə amillə şərtlənir, o cümlədən:

  • konfidensial informasiyanın böyük həcmdə əldə edilməsi, açıqlanması və ya düzgün istifadə edilməməsi təşkilata və onun işçilərinə maddi ziyan vura bilər;
  • pul axınlarının formalaşmasında və tənzimlənməsində və digər əmlak növlərinin hərəkətində bilavasitə iştirak;
  • əmək kollektivi ilə təkcə istehsal xarakteri daşımayan məsələlər üzrə daimi ünsiyyət, təşkilatın bütün heyətinin maraqlarına toxunan daxili normativ aktların hazırlanmasında bilavasitə iştirak (əməyin ödənilməsi formaları və sistemləri, kollektiv müqavilə, mükafatlandırma haqqında əsasnamə, əməyin normallaşdırılması və s.);
  • təşkilatın rəhbərliyi ilə pul vəsaitlərinin hərəkəti ilə bağlı məsələlər üzrə fikir ayrılığının yaranması imkanı;
  • xüsusi xarakter daşıyan və həll edilən məsələlər üzrə vergi və digər nəzarət orqanları ilə müntəzəm əlaqələr, bir qayda olaraq, təşkilat rəhbərliyinin minimum iştirakı ilə həyata keçirilir;
  • fəaliyyəti maddi itkilərə və tənbehlərə səbəb olan səhvlər ehtimalı ilə bağlı olan işçilərin kollektivində işləmək.

Sadalananlardan, sahə mənsubiyyətindən və ya işlədiyi təşkilatın təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən mühasibatlıq işçisi üçün ümumi etik prinsipləri formalaşdırmaq olar.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə fırıldaqçıları tərəfindən mənimsənilən vəsait gəlirdən çıxılan xərc hesab edilirmi?

posted in: Xəbər | 0

Gəlirdən çıxılan xərclər, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Şirkət xaricə pul ödəyir, lakin ödəniş hacker-lər tərəfindən ələ kecirilərək öz hesablarına yönləndirilir. Şirkətin bu zərəri gəlirdən çıxılan xərc hesab edilirmi?

Cavab: Bildirirk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Buna əsasən sorğuda göstərilən halda cəmiyyət tərəfindən xaricə pul ödənişi edilən zaman ödənişin maliyyə fırıldaqçıları tərəfindən mənimsənilməsi ilə bağlı yaranmış zərərin xərclərə aid edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fransalı bankir Bencamin de Rotşild vəfat edib

posted in: Xəbər | 0

Fransalı bankir Bencamin de Rotşild vəfat edib

Fransalı bankir baron Bencamin de Rotşild ömrünün 57-ci ilində İsveçrənin Prenyi bölgəsində öz malikanəsində vəfat edib. Bu haqda yanvarın 16-da France-Presse (AFP) agentliyinə istinadən TASS agentliyi xəbər verib.

“Arian de Rotşild (milyarderin həyat yoldaşı) və onun qızı, böyük kədərlə Bencamin de Rotşildin vəfatı ilə əlaqədar xəbər verir”, – ailənin bəyanatında belə deyilir.

Qeyd olunur ki, bankirin ölümünə ürək tutması səbəb olub.

De Rotşild 1963-cü ildə Fransada Neyi-syur-Sendə anadan olmuşdu və Rotşildlər maliyyə sülaləsinin fransız qolunun nümayəndəsi idi. Onun atası Edmon de Rotşild olub. 1997-ci ildən Bencamin, Edmond de Rothschild Holding-in fərdi bank xidmətləri və aktivlərinin idarə edilməsi üzrə ixtisaslaşan Edmond de Rothschild-ə nəzarət edən direktorlar şurasına rəhbərlik edib. AFP-nin məlumatına görə, qrupun aktivlərinin dəyəri təxminən 160 milyard avro dəyərində qiymətləndirilir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun