Rusiyada mühasib peşəsi (III hissə)

posted in: Xəbər | 0
birbank biznes

Rusiyada mühasib peşəsi (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasib, vakansiya, Mühasibat uçotu, baş mühasib, vakansiya, Maliyyəçi menecer, vakansiya, Maliyyə üzrə mütəxəssis, baş mühasib köməkçisi, vakansiya, Maliyyə Analizi, vakansiya, sərbəst mühasib, sosial sığorta, təcrübəçi, Kredit inzibatçılığı, maliyyə hesabatlığı üzrə mütəxəssis, büdcə, vakansiya, maliyyə, təlim, Əmtəə-material vakansiya material mühasibi

Peşəkar mühasib

Hazırda təşkilatlarda mühasiblərin rolu yüksəlir. Mühasibin funksiyaları dəyişir və onun qarşısında duran vəzifələrin spektri genişlənir. Mühasibat uçotu hesablarında təsərrüfat fəaliyyəti faktlarının qeydiyyatı ilə məşğul olan hesablama texniki işçidən, mühasib yaradıcı şəxsiyyətə çevrilir. O, təşkilatın iqtisadiyyatını səmərəli idarə etmək üçün zəruri olan uçot siyasətinin formalaşdırılmasını və həyata keçirilməsini təmin edir. Bu gün heç bir idarəetmə qərarı baş mühasiblə razılaşdırılmadan qəbul olunmur. Çünki bu qərarın effektivliyini, həm də onun vergi nəticələrini müəyyən etmək lazımdır. Məhz, buna görə də mühasibat uçotunun beynəlxalq maliyyə hesabatı standartlarına uyğun olaraq həyata keçirilməsi proqramında iki mühüm vəzifədən biri mühasibat peşəsinin təşəkkülü, müasir bazar iqtisadiyyatının tələblərinə adekvat olması və bununla əlaqədar mühasibat kadrlarının hazırlanması və yenidən hazırlanması zərurəti kimi müəyyən edilmişdir.

Müxtəlif ölkələrdə peşəkar mühasiblər eyni cür adlandırılmırlar: Böyük Britaniyada – andlı mühasiblər, Fransada – mühasib-ekspertlər, ABŞ-da – ictimai mühasiblər, Rusiyada isə inqilaba qədər – andlı mühasiblər adlandırılıblar. Bütün bu adların mahiyyəti isə birdir: mühasibin öz fəaliyyəti ilə məşğul olmaq hüququnu müəyyən edən və səhmdarlara, müəssisələrin rəhbərliyinə və son nəticədə dövlətə qanunvericiliyin ixtisaslı tətbiqini təmin edən səriştəliliyin təsdiq edilməsi.

Ali xüsusi mühasibat təhsili – baş mühasiblərin, təşkilatların maliyyə xidmətləri rəhbərlərinin və onların müavinlərinin hazırlanmasının əsasıdır. Ancaq baş mühasiblər, müəyyən kateqoriyalı təşkilatların maliyyə direktorları üçün, ilk növbədə qanuni yoxlamadan keçirilmiş təşkilatlar üçün əlavə (daha yüksək mühasibat uçotu) peşəkar mühasib təhsili və ixtisas tələb olunur.

Peşəkar mühasib – postsovet ölkələri üçün yeni bir fenomendir. Keçmiş sovet respublikalarında mühasibat uçotunun və maliyyə hesabatının islahatına görə mühasibatlıq hesabatı peşəkar mühasib tərəfindən imzalanan təşkilatların və peşəkar mühasibin ixtisas attestatı olduqda həyata keçirilən mühasibat işlərinin növlərinin siyahısı təsdiq edilmişdir.

Peşəkar mühasibin attestatının olması mühasibat uçotunun qurulması, bərpası və aparılması, mühasibat uçotu məsələlərinə dair normativ hüquqi və digər aktların tətbiqi sahəsində məsləhət xidmətləri göstərərkən də məcburidir.

Hazırda təkcə Rusiyada təxminən 170 min uçot işçisi attestasiyadan keçib və peşəkar mühasib statusu alıb.

Rusiya peşəkar mühasiblər və auditorlar İnstitutu tərəfindən qəbul edilmiş mühasibat təhsilinin beynəlxalq standartlarına uyğun olaraq, əsas istiqamətlər üzrə peşəkar mühasiblərə aşağıdakı ixtisas tələbləri irəli sürülür:

  • bilik və bacarıqların mövcudluğu;
  • praktiki iş təcrübəsi;
  • peşəkar etikaya əməl olunması;
  • ixtisasın daim yüksəldilməsi.

Bütün bu tələblər mühasibat mütəxəssisləri üçün peşəkar mühasib adı və illik məcburi təkrar sertifikatlaşdırma üçün sertifikatlaşdırma proseduru zamanı həyata keçirilir. Adı çəkilən tələblər 1997-ci ildən Rusiyada qüvvədədir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email