205 saylı “Mallar” hesabı üzrə uçot zamanı müxabirləşmələr

posted in: Xəbər | 0

205 saylı “Mallar” hesabı üzrə uçot

Biznesin uğurla idarə edilməsi üçün hər an anbarda nə qədər və hansı mal olduğunu, nəyi, nə qədər və hansı qiymətə almaq lazım gəldiyini, kimə nə qədər satıldığını, satışdan daxil olan pulun miqdarını və ümumiyyətlə, malların alışı və satışı üzrə bütün əməliyyatlar haqqında məlumatları bilmək vacibdir. Mühasibat uçotu subyektlərində bütün bu əməliyyatları 204 saylı “Mallar” hesabı üzrə aparılır. Bu hesab aktiv hesablar planının “Qısamüddətli aktivlər” bölməsinin 20-ci maddəsinə aiddir. 20-ci yaxud “Ehtiyatlar” maddəsi mühasibat uçotu subyektlərində mövcud material ehtiyatları, mallar, hazır məhsullar və ehtiyat kimi təsnifləşdirilə bilən digər aktivlər üzrə uçot hesablarını özündə birləşdirir. AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 22.1 bəndinə əsasən “Ehtiyatlar” maddəsi üzrə aşağıdakı hesablar açıla bilər:

Qısamüddətli aktivlər, Ehtiyatlar maddəsinin 20-ci maddə üzrə 205 saylı Mallar hesabından başqa Material hesabları, istehsalat (iş və xidmət) məsrəfləri, tikinti müqavilələri üzrə məsrəflər və digər hesablar da daxildir

Uçotun beynəlxalq standartlara uyğun tənzimlənməsi zamanı “Ehtiyatlar” (“Inventory”) adlı 2 saylı MUBS (IAS 2) əsasında aparılır.

Buraya keçid etməklə malların alışı zamanı 205 saylı “Mallar” hesabı müxabirləşmə nümunələri ilə tanış olmaq olar.

Aşağıda malların alışı ilə bağlı digər mühasibat yazılışlarına nümunələr verilib.

Malların satışı həyata keçirildikdə qısamüddətli debitor borcları

Nümunə 2: “A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 84 000 manatlıq malları 96 000 manata satmışdır. Malların ödənişi qəbul edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 84 000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 96 000.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 17 280.00
4 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 96 000.00
5 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 17 280.00
6 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 17 280.00
7 Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə 601 – Satış 801 – Ümumi mənfəət (zərər) 96 000.00
8 Maya dəyəri xərci ümumi mənfəətə silindikdə 801 – Ümumi mənfəət (zərər) 701 – Satışın maya dəyəri üzrə xərclər 84 000.00

Satılmış mallar geri qaytarıldıqda

Nümunə 2:  “A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət mart ayında cəmi maya dəyəri 9800 olan 10 ədəd printeri 12 800 manata satmışdır. Qarşı tərəf malların ödənişini növbəti aylarda həyata keçirəcəyi barədə məlumat vermişdir. İyun ayında printerlərdən 3-nün nasaz vəziyyətdə olduğu aşkarlanmışdır. Buna görə 3 ədəd printer geri qaytarılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 9800.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 12800.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 2304.00

Qaytarılan malların uçota alınması:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qaytarılan mallar yenidən anbara mədaxil edildikdə 205 – Mallar 701 – Satışın maya dəyəri üzrə xərclər 2940.00
2 Qaytarılan mallar üzrə debitor borclar silindikdə 602 – Satılmış malların qaytarılması və ucuzlaşdırılması 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 3840.00
3 ƏDV nəzərə alındıqda 545 – Digər qısamüddətli öhdəliklər 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 691.20

Mallar əskik gəldikdə

Nümunə 5:  “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus, anbardakı 600 manat dəyərində olan malların əskik gəlməsi halı aşkarlanıb. Auditor əskik gəlmənin səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş, həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, həmin mallar işçinin hesabına aid edilmiş, onun əməkhaqqısından tutulur. “A” MMC üçün bu əməliyyat malların təqdim edilməsi kimi hesab edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn məhsullar silindikdə 731 – Sair əməliyyat xərcləri 205 – Mallar 1200.00
2 Məhsullar müəssisə işçisinin hesabına aid edildikdə 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 1200.00
3 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 216.00
4 Təqsirkar şəxsin əməkhaqqısından tutulma edildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 217 – Digər qısamüddətli debitor borcları 1416.00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 216.00
6 Hesabat dövrü üzrə yaranmış vergi öhdəliyi büdcəyə ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 216.00

2-ci halda mebellərin əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, təqsirkar şəxs məlum deyil, onun təyin edilməsi mümkün deyil.

Alış tarixində ƏDV əvəzləşdirilməmişdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn məhsullar silindikdə 731 – Sair əməliyyat xərcləri 205 – Mallar 1200.00
2 Əskik gələn məhsulların ƏDV-si silindikdə 731 – Sair əməliyyat xərcləri 241 – Əvəzləşdirilən ƏDV 216.00

Alış tarixində ƏDV əvəzləşdirilmişdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn məhsullar silindikdə 731 – Sair əməliyyat xərcləri 205 – Mallar 1200.00
2 Əskik gələn məhsulların əvəzləşdirilmiş ƏDV-si qədər büdcə qarşısında öhdəlik yarandıqda 731 – Sair əməliyyat xərcləri 521 – Vergi öhdəlikləri 216.00

Əvəz­çi­lik üz­rə əmək mü­qa­vi­lə­si ilə bağlı vacib məqamlar

Azərbaycanda françayzinq bazarının inkişafı və innovativ yanaşmalar

posted in: Xəbər | 0

Artıq çoxdan sübut olunub ki, qlobal biznes mühitində uğurun açarı təkcə yeni ideyalar yaratmaqda deyil, həm də bu ideyaları doğru modellə paylaşmaq bacarığındadır. Məhz bu məqamda françayzinq anlayışı ön plana çıxır — yəni tanınmış bir brendin təcrübə, idarəetmə sistemi və reputasiyasının digər sahibkarlara ötürülməsi prosesi. Beləliklə, sahibkar sıfırdan marka yaratmaq əvəzinə, artıq özünü sübut etmiş bir biznes modeli tətbiq etmək şansı qazanır. Bu isə ona bazara daha sürətli daxil olmaq, beynəlxalq təcrübəyə çıxış əldə etmək, güclü marketinq dəstəyinə malik olmaq və eyni zamanda risklərini minimuma endirmək imkanı verir.

Son illər Azərbaycanda da bu sistemə maraq ciddi şəkildə artmaqdadır. Xüsusilə rəqəmsallaşma, logistika və xidmət sektorunun genişlənməsi françayzinq bazarının canlanmasına təkan verib. İndiki zamanda yerli sahibkarlar üçün bu model sadəcə xarici brendlərlə əməkdaşlıq vasitəsi deyil, həm də dayanıqlı inkişaf strategiyasına çevrilməkdədir. 

Qlobal tendensiyalar fonunda maraqlı sual yaranır: Azərbaycanda françayzinq bazarının mövcud durumu və inkişaf istiqamətləri hansılardır? Məsələ ilə bağlı Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədri Camid Mövsümov ilə həmsöhbət olub.

Yeri gəlmişkən, 2022-ci ildə yaradılmış AFA-nın tərkibinə 120 şirkət daxildir. Assosiasiyaya Azərbaycanla yanaşı, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistanı təmsil edən şirkətlər daxildir. Qurumun əsas məqsədi sahibkarlara françayzinq alışında hüquqi yardım göstərməkdir.

– Camid müəllim, hazırda qlobal miqyasda françayzinq sahəsində hansı əsas dəyişikliklər və yeni meyillər müşahidə olunur?

– Dünya miqyasında françayzinq sahəsində yeni qlobal tendensiyalara keçid baş verir. Daha dəqiq desək, ənənəvi françayzinq modelindən innovativ və texnologiya əsaslı “yeni dövr françayzinq” mərhələsinə qədəm qoyulur. Texnoloji inkişaf bu sahənin dinamikasını dəyişir və artıq rəqəmsal modellərin françayzinqinin verilməsi real imkan kimi ortaya çıxır. Məqsədimiz ölkəmizdə yaradılan startap və fintex layihələrinin də françayzinq potensialını formalaşdırmaqdır. Beləliklə, biz texnologiyanı klassik françayzinq anlayışı ilə birləşdirərək, sahənin inkişafında yeni bir mərhələ açmaq niyyətindəyik.

Dünya miqyasında ənənəvi françayzinq modelindən innovativ və
texnologiya əsaslı “yeni dövr françayzinq” mərhələsinə qədəm qoyulur

– Bəs texnoloji transformasiya françayzinq bazarını necə dəyişir?

– Sirr deyil ki, ənənəvi ticarətdən sürətlə onlayn ticarətə keçid edirik. Artıq dünyaca məşhur “Amazon”, “Alibaba” kimi elektron ticarət platformalarında hər bir markanın özünün françayzinqini alaraq əlavə mağazalar açmaq mümkündür. Məsələn, deyək ki, hər hansı bir geyim markasının ənənəvi françayzinqini alır və bu zaman françayzinqi alıb Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərirdik. Amma indi bu markanın françayzinqini alıb onlayn satış şəbəkəsində də fəaliyyət göstərmək əlçatandır. Koronavirus pandemiyası məsafədən xidmətlər və elektron ticarətin daha çox populyarlaşmasına səbəb oldu. Əvvəllər ən xırda bank əməliyyatı üçün filiallara getmək məcburiyyətində qalırdıqsa, indi bu prosesləri saniyələr içində ağıllı telefonumuzla edə bilirik. Artıq banklar da bu texnoloji inkişafdan geri qalmamaq üçün öz mobil tətbiqlərini genişləndirməklə məşğuldurlar. Bu sahədə daha cəlbedici fintex həlləri yaranarsa, gələcəkdə bunun françayzinqinin ixracı üçün şanslar da yaranır.

– Ölkəmizdə françayzinqin ən sürətlə inkişaf etdiyi sahələr hansılardır?

– Avrasiya regionunda və ölkəmizdə françayzinq bazarında, xüsusilə, restoran və geyim sektorları dinamik böyümə ilə diqqət çəkir. Biznes baxımından bu sahələrdə françayzinq alışı sahibkarlar üçün daha sərfəlidir. Məsələn, əgər bir markanız varsa və onu özünüz inkişaf etdirmək istəyirsinizsə, marketinq, PR və bazarda mövqelənmə üçün davamlı aksiyalar keçirməlisiniz. Bu halda cəmi 3–5 mağaza aça bilərsiniz. Amma françayzinq modelindən istifadə etdikdə vəziyyət tam fərqli olur. Bu sistem sayəsində eyni brend il ərzində 100-ə qədər mağaza və restoran aça, bazarda sürətlə tanına bilər. Üstəlik, artıq formalaşmış brendin reputasiyası əlavə marketinq xərclərini də azaldır. Hesab edirəm ki, françayzinq biznesin ən sürətli və effektiv böyümə modelidir. Sıfırdan biznes qurmaq əvəzinə, mövcud uğurlu modelə qoşularaq bazara daxil olmaq bu gün daha cəlbedici görünür.

Sıfırdan biznes qurmaq əvəzinə, mövcud uğurlu modelə qoşularaq
bazara daxil olmaq bu gün daha cəlbedici görünür

– Bizim bazarın əsas tələbləri nədir? Sahibkarların davranışları bazarı necə şəkilləndirir?

– Azərbaycanda françayzinqin inkişaf mərhələsi hələ yeni başlayır. Assosiasiyamız 2022-ci ildə fəaliyyətə başladığı dövrdə françayzinqin mahiyyətini və üstünlüklərini bilənlərin sayı çox az idi. Yerli bazarda sahibkarların davranışlarına nəzər salsaq, onların əksəriyyətinin qısa müddətdə yüksək gəlir əldə etməyə fokuslandığını görərik. Bu isə uzunmüddətli investisiyalara marağın nisbətən zəif olması deməkdir. Deyərdim ki, belə şəraitdə françayzinq sahibkarlar üçün ən optimal alət rolunu oynayır. Çünki bu model sayəsində onlar sıfırdan marka yaratmaq, tanıtmaq və bazara daxil olmaq kimi çətin və vaxt aparan mərhələlərdən azad olurlar. Üstəlik, tanınmış brendin reputasiyası, oturuşmuş marketinq sistemi və mövcud müştəri bazası sahibkarın işini asanlaşdırır. Beləliklə, françayzinq biznesin həm effektiv, həm də sürətli inkişafını təmin edən optimal bir modeldir.

Françayzinq biznesin həm effektiv, həm də sürətli inkişafını
təmin edən optimal bir modeldir

– Assosiasiya hazırda françayzinq alan sahibkarlara hansı konkret dəstək mexanizmlərini təqdim edir?

– Biz ölkədə fəaliyyət göstərən françayzinq şirkətləri ilə səmərəli əməkdaşlıq qurmuşuq. Hazırda françayzinq alan sahibkarların işini asanlaşdıracaq bir sıra layihələr üzərində çalışırıq. Məsələn, müqavilə şərtlərinin yerli bazara uyğunlaşdırılması və yumşaldılması istiqamətində sahibkarlara ciddi dəstək göstəririk. Təəssüf ki, bəzən xarici markalar yerli bazara daxil olduqdan qısa müddət sonra fəaliyyətini dayandırır. Bu da çox vaxt yerli biznes nümayəndələrinin müqavilə öhdəliklərini tam yerinə yetirməməsindən qaynaqlanır. Biz belə halların qarşısını almaq və xarici markaların uyğun şərtlərlə bazara daxil olmasını təmin etmək üçün fəal şəkildə çalışırıq. Xarici şirkətlərlə danışıqlar zamanı müqavilə şərtlərinin ölkə reallıqlarına uyğunlaşdırılması məsələsini hər zaman qabardırıq. Çünki bazarın özünəməxsus xüsusiyyətləri var və bu, müqavilə maddələrində də əksini tapmalıdır. Digər tərəfdən, Azərbaycan Biznesinin İnkişafı Fondu ilə ilkin razılıq əldə olunub. Müvafiq müqavilə imzalandıqdan sonra françayzinq almaq istəyən sahibkarların güzəştli şərtlərlə kreditlərdən yararlanması da mümkün olacaq. Bu o deməkdir ki, Fondun prioritet istiqamətlərinə daxil olan sahələr üzrə françayzinq alan şəxslər artıq daha əlçatan şərtlərlə sahibkarlıq krediti əldə edə biləcəklər. Ən önəmlisi isə odur ki, bu kreditlər aşağı faiz dərəcələri ilə təqdim ediləcək.

Bir sözlə, Azərbaycanın inkişafda olan françayzinq bazarında qarşıdakı ildən etibarən ciddi yeniliklər gözlənilir. Əminəm ki, 2026-cı il ölkəmizdə françayzinqin inkişaf ili olacaq və bu sahə tamamilə yeni mərhələyə qədəm qoyacaq.

Mənbə: vergiler.az

Sahibkarlıq subyektlərinin bölgüsü üzrə yeni qərar

Azərbaycanda vergi sistemində yeni təşviqlər tətbiq olunur

posted in: Xəbər | 0

Azərbaycanın qeyri-neft-qaz özəl sektorunda əməliyyatların mərhələli şəkildə vergiyə cəlb edilməsi ilə bağlı təkliflər təqdim olunub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, aşağı vergi yükü tətbiq etməklə qeyri-neft-qaz özəl sektorda əməliyyatların tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması barədə təkliflər hazırlanıb:

“Bu, asan müzakirə mövzusu olmayıb. Müxtəlif baxışlar mövcud idi, lakin təqdim olunan sənəd nəticə etibarilə vahid mövqeni əks etdirir”.

M. Cabbarov bildirib ki, vergi islahatlarının davamı olaraq, iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi, şəffaflığın artırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib:

“Layihədə bir sıra stimullaşdırıcı mexanizmlər nəzərdə tutulur. Belə ki, investisiya mühitinin və sahibkarlığın təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq edilən eyni vergi güzəştlərinin verilməsi təklif olunur; nəqliyyat sektorunda avtobus və yük avtomobillərinin istehsalının stimullaşdırılması planlaşdırılır;

balıqyetişdirmə fəaliyyəti kənd təsərrüfatı sektoruna daxil edilərək bu sahəyə mövcud tamhəcmli güzəştlərin şamil edilməsi nəzərdə tutulur; nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə ictimai iaşə sektoruna vergi güzəştləri və dərəcələrin azaldılması təklif edilir.

Bununla yanaşı, ƏDV qeydiyyat həddi 200 min manatdan 400 min manata qaldırılacaq”.

Nazir həmçinin vurğulayıb ki, son illərdə həyata keçirilən vergi islahatları çərçivəsində əmək münasibətlərinin leqallaşdırılmasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının şəffaflaşmasında mühüm nəticələr verib:

“Belə ki, qeyri-neft-qaz özəl sektorda 8 000 manata qədər olan əməkhaqları gəlir vergisindən azad edildikdən sonra, 2019-cu il yanvarın 1-dən 2025-ci il oktyabrın 1-dək bu sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötüb, ümumi əmək müqavilələri içində payı 38,5 %-dən 54,1 %-ə yüksəlib.

Bunun fonunda 2018-2024-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən edilən transfertlərin payı 35,6 %-dən 17,5 %-ə enib”.

Mənbə: report.az

Fiziki şəxsin səhm satışından əldə etdiyi gəlirlər üzrə vergi hesablanması

Video: “Riskli vergi ödəyiciləri meyarları və riskdən çıxarılma qaydaları”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Riskli vergi ödəyiciləri meyarları və riskdən çıxarılma qaydaları” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

Vebinarın təqdimatçısı Ziyafət Qarayeva vergi və korporativ hüquq sahəsində geniş təcrübəyə malik hüquqşünasdır. Dövlət Vergi Xidmətində (DVT) 10 ildən artıq müddət ərzində mütəxəssis və müşavir vəzifələrində çalışmış, vergi nəzarəti, vergi mübahisələri və kommersiya hüququ sahələrində dərin biliklərə sahib olmuşdur. Hazırda vergi və korporativ hüquq üzrə müstəqil mütəxəssis olaraq fəaliyyət göstərir.

Ziyafət Qarayeva, həmçinin müxtəlif təlimlər və seminarlar keçirərək vergi və hüquq sahəsindəki biliklərini paylaşır, hüquqi təcrübəsini peşəkarlarla bölüşür. Onun təqdimatları vergi nəzarəti, kommersiya hüququ və risk idarəçiliyi sahələrində praktiki yanaşmalar təqdim edir.

Keçid edərək Ziyafət Qarayevanın tədris etdiyi ödənişli “Vergi və korporativ hüquq” praktiki təlimə nəzər yetirə bilərsiniz.

1 101 102 103 104 105 106 107 2. 680