“İdarəetmə keyfiyyətinin təmin olunması” mövzusunda online təlim keçiriləcək

posted in: Xəbər | 0

Vüsal Mahmudovun təqdimatında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mikro, kiçik və orta sahibkarlar üçün 11 yanvar 2021-ci il tarixində saat 19:00-da “idarəetmə keyfiyyətinin təmin olunması” mövzusunda online təlim keçiriləcək.

Bir günlük təlimdə müştəri məmnuniyyətinin idarə olunması, lSO 10002 standartının tələbləri, vəzifə, məsuliyyət və səlahiyyət bölgüsünün aparılması, risk əsaslı düşüncə, ISO 31000 standartının tələbləri ( SWOT və PESTEL analizi haqqında), idarəetmənin 5 funksiyası arasında əlaqənin qurulması, planlama, təşkiletmə, motivasiya, koordinasiya və nəzarət funksiyaları və performans ölçümü barədə məlumat veriləcək, eləcə də sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

https://us02web.zoom.us/j/89366056277?pwd=cm5oZmx5Z0M5M3pLNjVvTE1aQWl2Zz09

Konfransın identifikasiyası: 89366056277
Kod: 110939


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elon Musk-ın sərvəti 200 milyard dolları ötüb keçdi

posted in: Xəbər | 0

Elon Musk,SpaceX və Tesla şirkətlərinin qurucusu Elon Musk-ın sərvəti 200 milyard dolları ötüb keçib. Bunu Bloomberg Billionaires Index (BBİ) reytinqinin məlumatları təsdiqləyir.

Qeyd olunur ki sahibkarın sərvəti 14,5 milyard dollar artıb. Reytinqdə ikinci sıranı Amazon şirkətinin rəhbəri Jeff Bezos tutur, onun sərvəti 1,09 milyard artıb və ümumilikdə 186 milyard dollara çatıb.

Üçüncü yerdə Microsoft şirkətinin banisi Bill Gates yerləşib. Onun sərvəti 225 milyon dollar artıb və indi 134 milyard dollar dəyərində qiymətləndirilir.

Yanvarın əvvəlində Tesla şirkətinin səhmlərinin kursunun artması nəticəsində Maskın sərvəti 185 milyard dolları ötüb keçmişdi. Nəticədə, o, üç il ərzində reytinqdə dünyanın ən varlı adamı titulunu özündə saxlayan Amazon şirkətinin sahibi Ceff Bezosu ötüb keçə bilmişdi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakıda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

Bakıda orta aylıq əmək haqqı artıb

orta aylıq əmək haqqı, әmәkhaqqı, әmәk haqqı, orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əmək haqqının məbləğini açıqlayıb.

Bu ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 9,7% artaraq 926,7 manat təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı üzrə göstərici 938,4 manata bərabər olub.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnsan və iqtisadiyyat (II hissə)

posted in: iqtisadiyyat, Xəbər | 0

İnsan və iqtisadiyyat (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Hər bir elmin öz tədqiqat mövzusu var. İqtisadiyyatda belə bir mövzu insanların iqtisadi davranışıdır ki, ondan da aşağıdakı suallar ortaya çıxır. İqtisadi nəzəriyyə həyat fəaliyyətinin hansı tərəflərinin öyrənilməsi ilə məşğul olur, həmçinin insan iqtisadi nöqteyi-nəzərdən nəyi özündə əks etdirir?

İqtisadi nəzəriyyə baxımından əmək insan tərəfindən lazımi xeyir əldə etmək üçün çəkilən məsrəflərin müəyyən növü kimi qəbul edilir. Məhdud imkanlar və resurslar şəraitində atalar məsəlində deyildiyi kimi, heç vaxt və heç bir şey hədiyyə verilmir, “əziyyət çəkmədən göldən balıq tuta bilməzsən!”.

Cəmiyyətin inkişaf tarixində insanların hətta layiqli pul və ya natural şəkildə mükafat belə gözləmədikləri bir zamanda, totalitar rejimlər və digər sosial utopiyaların müxtəlif növləri mövcud idi ki, onların arzusu əhalini əməyə həvəs ruhunda tərbiyə etmək və tənzimləmək idi.

Beləliklə, insan və iqtisadiyyatın qarşılıqlı fəaliyyətinin əsas problemi, daha dəqiq desək, əmək motivasiyası problemi – insanı bütün anlayışlarda əmək fəaliyyətinə müraciət etməyə təşviq və sövq edən əsas stimulların aydınlaşdırılmasıdır. Tarixən belə fəaliyyətin stimullaşdırılması yalnız iki növü – iqtisadi fəaliyyətdənkənar, əmək mükəlləfiyyətindən imtina etdiyinə görə, mövcud hakimiyyət tərəfindən hər hansı bir cəzalandırma qorxusuna (qul sahibi, mülkədar, diktator və s.) və hər kəsin şəxsi maddi marağına və onun rifah səviyyəsini artırmaq cəhdinə əsaslanan iqtisadi məcburiyyətə əsaslanır.

Beləliklə, qeyri-iqtisadi məcburetmə işçinin işəgötürəndən tam asılılığına və iqtisadi, siyasi və dini azadlıqlarının olmamasına əsaslanır. İqtisadi məcburiyyət, əksinə, yalnız iqtisadi azadlıq olduğu halda ola bilər. Məcburetmə burada cəmiyyətin bir üzvünün digərinə qarşı zorakılıq növü kimi deyil, yalnız insanı işləməyə məcbur edən maddi maraq kimi mövcuddur. Məşhur avstriyalı iqtisadçı F.A. fon Hayekin yazdığı kimi, “…bu azadlığın əsas elementinin – hər bir fərdin və ya yarımqrupun azadlıqları onlarda mövcud olan bilik və bacarıqlardan asılı olaraq öz xüsusi məqsədlərinə nail olmaq-yalnız ayrı-ayrı şəxslərin istehsalın bütün mümkün vasitələrinə nəzarət etməsinə görə deyil, həm də birinci ilə qırılmaz surətdə bağlı olan daha bir mühüm müddəanın sayəsində mümkün olmuşdur: bu nəzarətin qanuni sınaqdan keçirilmiş ötürülmə üsullarının tanınmasıdır”.

Nəticə etibarilə, əmək fəaliyyəti üçün bütün təşviqlərin təbiəti mövcud mənbələrə və istehsal nəticələrinə mülkiyyət hüquqlarının mövcud sistemindən asılıdır və əməyin səmərəli iqtisadi stimullaşdırılması iqtisadi azadlığın təməli olan xüsusi mülkiyyət hüququ olmadan mümkün deyildir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun