Kapital Bank 2020-ci ilin nəticələrini elan edib
Kapital Bank-ın aktivləri 1 yanvar 2021-ci il tarixinə 5,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2021-ci il tarixinə 3,8 milyard manat olub.
Bankın 1 yanvar 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 537 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub.
Sual: “A” MMC hədiyyə kartı satır, hansı ki həmin kartla alıcı televizor əldə edə bilir. İkinci sual ondan ibarətdir ki, fiziki şəxs Vəli 500 manatlıq hədiyyə kartı alır və kartı digər fiziki şəxsə – Əliyə hədiyyə verir. Əli 600 manatlıq TV alır – 100 manatı öz bank kartından, 500 manatı hədiyyə kartından. Bu hər iki əməliyyat zamanı hansında NKA çeki olacaq və