Sahibkarlıq subyektlərinin bölgüsü üzrə yeni qərar

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 21 dekabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində fəaliyyəti göstərmiş sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra, real vaxt rejimində Dövlət Statistika Komitəsi deyil, İqtisadiyyat Nazirliyinə ötürəcək. İndiyə qədər məlumat hər il aprelin 20-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə ötürülürdü.

İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, il ərzində fəaliyyəti olmuş, habelə yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektlərinin ölçüsünə görə mikro, kiçik, orta və iri sahibkar kateqoriyaları üzrə bölgüsünün bu meyarlara uyğun təşkilini və hesabat ili başa çatdıqdan sonra növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində işçilərin orta siyahı sayı və illik gəlir göstəriciləri göstərilməklə müvafiq məlumatların Dövlət Statistika Komitəsinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.

Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kateqoriyalarına aid edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq İqtisadiyyat Nazirliyinə təqdim olunan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin sahibkarlıq subyektləri haqqında reyestrə daxil edilən məlumatlar əsasında başa çatmış hesabat ili üzrə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir, meyar göstəriciləri üzrə məlumatlar dəyişdikdə real vaxt rejimində yenilənir və sahibkarlıq subyektlərinə təqdim edilir. Vergitutma məqsədləri üçün vergi qanunvericiliyində nəzərdə tutulan güzəşt və azadolmalar sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının müəyyən edilməsinə əsas verən göstəricilərin aid olduğu başa çatmış hesabat ili ərzində tətbiq edilir.

Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalır.

Mənbə: report.az

Azərbaycanda 2 500 manatdan çox qazananlar az tibbi sığorta ödəyəcək

Fiziki şəxsin səhm satışından əldə etdiyi gəlirlər üzrə vergi hesablanması

posted in: Xəbər | 0

Fiziki şəxs London Fond Birjasında ticarətə buraxılan “Y” ASC-yə məxsus nominal dəyəri 100 dollar təşkil edən iki ədəd səhmi 2025-ci ildə hər biri 50 dollar olmaqla alıb və eyni zamanda xarici investisiya şirkətinə səhmlərin satış dəyərinin 3 faizi miqdarında komisyon haqq ödəyib. O, sonradan bu səhmləri eyni fond birjasında 200 dollara satıb. Bu halda fiziki şəxsin səhmlərin satışına görə əldə etdiyi gəlirlərdən vergi necə hesablanacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 96.6-cı maddəyə əsasən, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir və qeyd olunan təqdimetmə üzrə vergitutma obyektinin müəyyən olunması Vergi Məcəlləsinin 96.5-ci maddəsində istisna edilib.

Buna əsasən, fiziki şəxs tərəfindən səhmlərin ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi zamanı həmin səhmin satış dəyəri ilə alış dəyəri (nominal dəyərin 100 dollar olmasına baxmayaraq) və çəkilən digər xərclər, o cümlədən fond birjasına ödənilən komisyon haqq arasındakı fərqdən 14 faiz dərəcə ilə vergi ödənilir.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 96.6-cı və 101.2-ci maddələri

Mənbə: vergiler.az

Ödənişsiz məzuniyyət hüququ necə tənzimlənir?

205 saylı “Mallar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Hesablar planının “Ehtiyatlar” maddəsinin hesabları

Malların uçotu onlarla bağlı ticarəti müşayiət edən bütün əməliyyatları əks etdirir. Buraya malların alışı, onların saxlanması, realizə edilməsi, daşınması, geri qaytarılması, ticarətlə bağlı digər əməliyyatlar daxildir. Belə əməliyyatlar üzrə məbləğlərin uçotu hesablar planının “Qısamüddətli aktivlər” bölməsinin 20-ci maddəsinə (“Ehtiyatlar”) aid olan 205 saylı “Mallar” hesabında aparılır. Uçotun beynəlxalq standartlara uyğun tənzimlənməsi “Ehtiyatlar” (“Inventory”) adlı 2 saylı MUBS (IAS 2) əsasında aparılır. Bu hesab aktiv hesabdır, mühasibat müxabirləşmələri  AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə nizamlanır. 20-ci maddədə “Mallar” hesabı ilə yanaşı aşağıdakı hesablar da açıla bilər (Qaydaların 22.1 bəndi).Qısamüddətli aktivlər, Ehtiyatlar maddəsinin 20-ci maddə üzrə 205 saylı Mallar hesabından başqa Material hesabları, istehsalat (iş və xidmət) məsrəfləri, tikinti müqavilələri üzrə məsrəflər və digər hesablar da daxildir

205 saylı “Mallar” hesabı üzrə uçot

Mallar bizim satış məqsədilə aldığımız əmtəədir. Yəni Hesablar Planının 205 saylı hesabında uçotu alınan mallar satış məqsədilə alınmış mallardır. Onları biz istehsal etməmişik. Öz istehsalımızı biz hazır məhsul kimi uçota alırıq. Mühasibat uçotu subyektləri bütün növ ehtiyatları onların təyinatı, mənşəyi, mənbəyi, forması, istifadəsi üzrə təsnifləşdirməli olduğundan bu hesabdan istifadə zərurəti yaranır. Mallar hesabından əsas etibarilə topdansatış və pərakəndə satış ticarət fəaliyyəti ilə məşğul olan müəssisələr istifadə edirlər.

Mallar da hazır məhsul, xammal və yarımfabrikatlar kimi 1 ildən tez müddətə pula çevrilməsi planlaşdırılan aktivlərdir. Aktivlərdən danışanda da qeyd etdiyimiz kimi, hansısa malın 1 ildən bir qədər gec satılması onu mal olmaqdan çıxartmır. Biznes fəaliyyətində belə hallar normaldır.

205 №-li “Mallar” hesabı üzrə mühasibat uçotu subyektinin satış məqsədilə əldə etdiyi malların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır.

Malların əldə edilməsi yuxarıda qeyd edilən qaydaların 22.30-cu, onların əvəzsiz alınması isə 22.39-cu bəndi əsasında nizamlanır.

Mallar, satış məqsədilə saxlanılan digər aktiv və ehtiyatlar torpaq, tikili, avadanlıqlar kimi təsnifləşdirildikdə həmin qaydaların 22.43-cü bəndi nəzərə alınır.

Mühasibat uçotu subyektinin ehtiyatları, o cümlədən mallar əskik gəldikdə müvafiq təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olan hallarda həmin qaydaların 22.55-ci bəndi, təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olmayan hallarda isə 22.56-cı bəndi tətbiq olunur.

Aşağıda malların alışı ilə bağlı mühasibat yazılışlarına nümunələr verilib. Buraya keçid etməklə isə 205 saylı “Mallar” hesabı üzrə digər əməliyyatlar üzrə müxabirləşmə nümunələri ilə tanış olmaq olar.

Mallar (iş, xidmət) alındıqda mühasibat yazılışlarına nümunələr

Nümunə 1:A” MMC iyun ayında “B” MMC-dən 84000 manatlıq mal almışdır. Malların daşınması üçün 900 manat ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 84 000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 15 120.00
3 Daşınma xərci malların dəyərinin üzərinə əlavə edildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 900.00
4 Əsas məbləğ ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 84 000.00
5 ƏDV məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 15 120.00
6 Daşınma xərci ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 900.00

Xaricdən mal alışı zamanı müxbirləşmələr

Nümunə 2:  “A” MMC satdığı məhsulların çeşidlərini artırmaq, fərqli keyfiyyətdə mallar əldə etmək məqsədilə xaricdən malları idxal edir. Mallar xarici ölkədən alındığı üçün alış qiyməti dollarla təyin olunub. Tərəflər arasında bağlanan müqaviləyə əsasən malların qiyməti 45 000 dollar razılaşdırılmışdır. Alış tarixinə 1 $ = 1.70 ₼

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların idxalı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 76 500.00
2 Gömrük yığımı, rüsumu malların dəyərini artırdıqda 205 – Mallar 538 – Digər qısamüddətli kreditor borcları 200.00
3 ƏDV hesablandıqda: (44200+200) × 18% 241 – Əvəzləşdirilən ƏDV 538 – Digər qısamüddətli kreditor borcları 13 806.00
4 Gömrükdə hesablanan ƏDV ödənildikdə 538 – Digər qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 13 806.00

Mallar haqqında daha ətraflı məlumat almaq üçün buraya keçid ala bilərsiniz.

Mühasibat uçotunun iki tərkib hissəsi

Azərbaycanda 2 500 manatdan çox qazananlar az tibbi sığorta ödəyəcək

posted in: Xəbər | 0

Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş icbari tibbi sığorta haqqının ödənilməsi qaydası dəyişə bilər.

Bununla bağlı “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur.

Təklifə əsasən, gələn ildən sözügedən kateqoriya üzrə aylıq gəlir 2 500 manata qədər olduqda sığortaolunan və sığortaedən hər biri bunun 2 %-i qədər, 2 500 manatdan çox olduqda isə sığortaolunan və sığortaedən hər biri artıq hissənin 0,5 %-i qədər sığorta haqqı ödəyəcək.

Xatırladaq ki, hazırda muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) vəzifəyə təyin etdiyi şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə əməkhaqqının 8 000 manata qədər olan hissəsindən sığortaolunan və sığortaedən hər biri 2 %, 8 000 manatdan çox olan hissəsindən isə sığortaolunan və sığortaedən hər biri 0,5 % sığorta haqqı ödəyir.

Mənbə: report.az

Ödənişsiz məzuniyyət hüququ necə tənzimlənir?

1 102 103 104 105 106 107 108 2. 680