Əmək müqaviləsinə xitam verilərkən nələrə diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

Əmək müqaviləsinə xitam verilməsi

İşçilərin isdən azad olunmasının rəsmiləşdirməsində müəyyən qanun pozuntularına və ya qaydalara riayət edilməməsinə rast gəlinir. Bu məsələ ilə bağlı meydana gələn suallara auditor Altay Cəfərov aydınlıq gətirir.

Sual 1: Əmək müqaviləsini bir neçə əsasla ləğv etmək olarmı?

Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən:

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər;

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Deməli, işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün bir neçə səbəb olarsa, müqaviləyə bunun ancaq biri ilə xitam verilməlidir. Məsələn, işçinin əmək müqaviləsinin müddətinin qurtarmağı ilə onun öz xahişinə əsasən işdən azad olunması tarixləri üst-üstə düşərsə, o zaman müqaviləyə Əmək Məcəlləsinin 69.1-ci və ya 68.2 (b) maddələri ilə xitam verilməlidir.

Sual 2: Əmək müqaviləsinə Əmək Məcəlləsində olmayan xitam səbəblərindən başqa səbəblə xitam vermək olarmı?

Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmayan, qanunvericliyə zidd olmayan, amma əmək müqaviləsində qeyd edilmiş əsaslarla işçini işdən azad etmək olar. Burada əsas məqam odur ki, müqavilə bağlayanda və sonradan xitam səbəblərinə xüsusi diqqət yetirilməlidir. Yəni bu səbəblər Məcəllədə olmaya bilər, ancaq qanunveciliyə zidd olmalı deyil.

Sual 3: “Qanunvericiliyə zidd” dedikdə nə başa düşülür?

Bu ifadə ümumi anlayışdır. Əsas məqam kimi əmək münasibətlərinə aid olan digər normativ aktların tələblərinə zidd olmaması nəzərdə tutulur. Yəni işçi ilə işəgötürən arasında əsas münasibətlər əmək müqaviləsinə görə tənzimlənir və əmək münasibətləri də əmək qanunvericiliyinə aid olan normativ aktlarla müəyyənləşdirilir.

Sual 4: Əmr verilmədən müqaviləni xitam etmək olarmı?

Əmək Məcəlləsinin 76-cı maddəsinin ikinci cümləsində belə bir ifadə qeyd edilib: “…… habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.” Məcəllədə müyyənləşdirilmiş əsas qaydalardan biri əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin (sərəncamın, qərarın) verilməsinin vacibliyidir.

Sual 5: Bildiriş sisteminə birbaşa xitam məlumatlarını daxil etməklə əmək müqaviləsinə xitam vermək olarmı?
Belə bir rəsmiləşdirmə qaydalara tam ziddir. Bəzən belə düşünürlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildiriş sisteminə məlumatların, həmçinin xitam məlumatlarının daxil edilməsi ilə birbaşa əmək müqaviləsinə xitam verilməsi tam qanuna uyğundur. Nəzərinizə çatdırım ki, bildirişin əldə olunması əmək müqaviləsi ilə bağlı bir çox hüquqların qüvvəyə minməsini təsdiqləyən addımdır.Yəni bildiriş olmadan bildirişə aid əmək münasibətlərinin hüquqi qüvvəsi yoxdur. Amma bildirişə kimi Əmək Məcəlləsinin digər tələbləri vardir ki, onlarsız həmin bildirişin özünün də hüquqi qüvvəsi olmur. Odur ki, xitam bildirişinədək yuxarıda qeyd edilmiş xitam səbəbləri olmalıdır. Bununla bağlı müvafiq ilkin sənədləşmələr aparılmalı, əmr (sərəncam, qərar) imzalanmalı və bundan sonra xitam ƏƏSMN-in bildiriş sisteminə daxil edilməlidir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (4-cü hissə)

posted in: Xəbər | 0

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (4-cü hissə)

Keçidə daxil olmaqla 3-cü hissəyə nəzər yetirə bilərsiniz


əmək məzuniyyəti, əmək məzuniyyətinin verilməsi, mühasib köməkçisi, Baş mühasib vakansiya, İstehsal xərcləri

Hissəli əmək məzuniyyəti

Qanunvericiliyə əsasən əmək məzuniyyəti hissəli verilə bilər. Bu şərtlə ki, bir hissənin müddəti 2 təqvim həftəsindən az olmamalıdır. Bu ona imkan verir ki, ən azı ildə bir dəfə işçi 14 gün tam məzuniyyətdə ola bilsin.

Əmək məzuniyyətindən geri çağırılan işçinin mütləq bilməsi lazımdır

İşçi yalnız öz razılığı ilə, əmrlə və istehsalat qəzası yaxud təxirəsalınmaz hallarda (sübut edilməlidir) məzuniyyətdən geri çağırıla bilər. Geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır. İistifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məcəlləsinə dəyişiklik edilib

posted in: Xəbər | 0

İqtisadi Şura, əmək, vergi, əmək, İqtisadiyyat Nazirliyi, İşsizlikdən sığorta əmək müqaviləsi nümunəsi Mühasibat uçotu İnzibati XətalarAzərbaycan Prezidenti İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Məcəlləyə dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr – Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

Digər bir dəyişikliklə isə məcəlləyə yeni – 106.1-ci maddə əlavə edilib. Belə ki, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü – “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İkinci dünya müharibəsi dövrünün hərbi iqtisadiyyatı barədə faktlar (III hissə)

posted in: Xəbər | 0

hərbi iqtisadiyyat,II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Avtomobillərsiz Amerika

1942-ci il yanvarın 16-da ABŞ-da sənaye səfərbərliyinin rəhbərliyi, D. Nelsonun rəhbərliyi altında yaradılan hərbi istehsal idarəsini (Hİİ) öz əlinə götürdü və artıq 20 yanvar tarixində Hİİ qeyri-hərbi sərnişin avtomobillərinin istehsalını qadağan etdi. Fevralın 10-da konveyerlərdən sonuncu mülki avtomobil buraxıldı.

Müharibə ticarəti məhv edir

1943-cü ildə Yaponiyada Ticarət və Sənaye nazirliyi ləğv edildi, onun bütün səlahiyyət və funksiyaları Silah-Sursat Nazirliyinə verildi.

Müharibədən qazananlar

Dünyanın əksər ölkələri ABŞ-dan silah aldıqları üçün Amerikanın xarici ticarətinin səviyyəsi 1939-1945-ci illərdə 4,5 dəfə artmışdır.

Borclara görə adalar

Böyük Britaniya müharibəyə bütün milli gəlirinin 55,7%-ni xərcləmişdi; müharibə dövründə ölkənin dövlət borcu üç dəfə artmışdı, üstəlik, borcların böyük hissəsi ABŞ-dan silah tədarükünə görə yaranmışdı. Böyük Britaniya ABŞ-dan silah tədarükünə görə 2006-cı ilə qədər ödəniş etmişdi. Borcu ödəmək üçün İngiltərə Amerikaya Yamayka, Baham adaları və Karib dənizində bir sıra adaları vermək məcburiyyətində qalmışdı.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun