İkinci dünya müharibəsi dövrünün hərbi iqtisadiyyatı barədə faktlar (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Qul əməyi

1944-cü ilin payızına olan vəziyyətə görə, Almaniya sənayesində 8 milyon nəfər əcnəbi çalışırdı ki, bu sənayedə məşğul olan kontingentin dörddə birini təşkil edirdi. Onlardan 2 milyonu hərbi əsirlər idi. Sovet İttifaqından 2,5 milyon, Polşadan 1,7 milyon, Fransadan 1,3 milyon, İtaliyadan 600 min nəfər adam aparılmışdı. SSRİ-dən və Polşadan olan işçilərin yarısına qədərini orta yaşı 20 ili ötməyən qadınlar təşkil edirdi.

Almaniyanın məğlubiyyəti nə vaxt dərk olunmuşdu?

1941-ci il noyabrın 29-u tarixində silahlandırma naziri Frits Todt, Hitlerə “hərbi və iqtisadi baxımdan müharibənin onsuz da Almaniya üçün itirildiyini” söyləyərək, Rusiya ilə müharibəyə son verilməsi barədə qərar verməsini tövsiyə etmişdi. Həmin vaxt onu sözügedən vəzifədə səyləri sayəsində Almaniyanın hərbi sənayesinin 1944-cü ilin payızına qədər istehsal həcmini artıran fürerin şəxsi arxitektoru Albert Şpeyer əvəz etdi. Şpeyerin fikrincə, Almaniya texniki baxımdan müttəfiqlərin kütləvi bombardımanları nəticəsində sintetik yanacaq istehsal edən zavodların 90%-nin məhv edildiyi 1944-cü il mayın 12-də məğlub olmuşdu.

Hamını korporasiyalara

İqtisadiyyatın idarə olunması ilə bağlı Hitler konsepsiyası iqtisadiyyatın bütün iştirakçılarının məcburi şəkildə peşəkar özünüidarəetmə təşkilatlarına birləşdirilməsini nəzərdə tuturdu: işəgötürənlər gildiyada, fəhlələr isə vahid həmkarlar ittifaqında (“Alman əmək cəbhəsi”) birləşirdilər. Amma, faşist İtaliyasında idarəetmə sistemi daha da unifikasiya edilmişdi. Çünki İtaliyada həm işəgötürənlər, həm də hər bir sahə üzrə zəhmətkeşlər bir təşkilatda birləşirdilər – korporasiya adlandırılan təşkilatda (faşist rejimlərində tətbiq edilən “korporativ dövlət” ifadəsi də məhz, buradan götürülüb).

Avstraliya tankları

İkinci dünya müharibəsinin başlanğıcında İngiltərənin Sakit okean dominionlarına dəstək verə bilməməsi və yapon təcavüzü qarşısında öz zəifliyi ortaya çıxanda Avstraliya öz hərbi sənayesinin – aviasiya, gəmiqayırma, tank sənayesinin yaradılmasını sürətləndirdi. Müharibənin başlanmasından əvvəl yalnız kənd təsərrüfatı təchizatçısı kimi strateji əhəmiyyət kəsb edən Yeni Zelandiya, tankların, tüfənglərin, əl qumbaralarının, aviadaşıyıcıların, həmçinin kiçik hərbi gəmilərin sərbəst buraxılışını mənimsəməyə başlamışdı.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email