2021-ci ildən işəgötürənin əməyin ödənişi fondu üzrə ödənişləri

posted in: Xəbər | 0

Vergilər üzrə aparıcı mühasib, vakansiya, istehlakçı, ƏDV, baş mühasib, mühasibat uçotu, normadan artıq ezamiyyə xərci gəlir aparıcı mühasib köməkçisi vakansiyaBu yazımızda 2021-ci il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik.

2021-ci ildən bütün ölkədə tətbiqinə başlanacaq icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı icbari tibbi sığorta haqqı da tutulacaq.

Beləliklə 2021-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.
  • məcburi dövlət sosial sığorta haqqı
  • işsizlikdən sığorta haqqı
  • icbari tibbi sığorta haqqı

İcbari tibbi sığorta  üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

  • Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində
  • özəl sektorda çalışanların əmək haqqı üzrə əməyin ödənişi fondundan 8000 manatadək hissənin 1%-i, (2022-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində
Göstərilənləri nəzərə alaraq 2021-ci il üzrə işçinin əmək haqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əmək haqqı minimum aylıq əmək haqqına bərabər – 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 15%-i, yəni 7.5 AZN, ümumilikdə 44+7.5=51.5 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 1%

44+7.5+1.25+2.5=55.25 AZN

İşəgötürənin 250 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 55.25 AZN olacaq

1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)

7900 AZN-ə görə 15%, yəni 1185 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 1%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 80+0.5=80.5

44+1185+40.5+80.5=1350 AZN

İşəgötürənin 8100 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1350 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN-in 22%-i = 55 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

c) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

55+6.25= 61.25 AZN

İşəgötürənin işçinin əmək haqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 61.25 AZN olacaq

2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN

1782+40.5+160.5=1983 manat

İşəgötürən işçinin 8100 manat əmək haqqı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ədəbiyyat:

“Sosial sığorta haqqında” Qanun

“Tibbi Sığorta haqqında” Qanun

“İşsizlikdən sığorta haqqında” Qanun


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (1-ci hissə)

posted in: Xəbər | 0

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz



Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərin əmək məzuniyyəti ilə bağlı başlıca məsələləri tənzimləyir. Əmək məzuniyyəti üzrə bir sıra hallar barədə artıq dəfələrlə yazıldığı üçün bu dəfə sırf az bilinən bəzi halları izah etməyə çalışacağıq.
Uşağa qulluğa görə verilən qismən ödənişli sosial məzuniyyət hüququ

Əmək Məcəlləsinin 127.1-ci maddəsinə görə uşaq 3 yaşına çatanadək valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağa qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət hüququ əldə edir. Onu da qeyd edək ki, bu 3 yaşadək olan dövr əmək məzuniyyətinin yaranması üçün staj müddəti hesab edilməyən dövr sayılır. Daha doğrusu bu il ərzində işçinin ödənişli məzuniyyət hüququ yaranmır. Həmçinin xatırladaq ki, bu dövrdə verilən ödəniş isə blogumuzda olan uşaq pulu ödənişi kimi başa düşülməlidir.

Bu hissə ilə bağlı isə yekunda qismən ödənişli sosial məzuniyyət hüququnun həm birdəfəlik, həm də hissəvi olmasını qeyd etməyi vacib hesab edirik.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnsan və iqtisadiyyat (I hissə)

posted in: iqtisadiyyat, Xəbər | 0

iqtisadiyyatda insan modeli,Hər bir elmin öz tədqiqat mövzusu var. İqtisadiyyatda belə bir mövzu insanların iqtisadi davranışıdır ki, ondan da aşağıdakı suallar ortaya çıxır. İqtisadi nəzəriyyə həyat fəaliyyətinin hansı tərəflərinin öyrənilməsi ilə məşğul olur, həmçinin insan iqtisadi nöqteyi-nəzərdən nəyi özündə əks etdirir?

İnsanın təşəkkülü çox uzaq keçmişlərdə izini itirir. Bu günkü elm “ağıllı insanın” ortaya çıxması ilə bağlı mümkün səbəblər və zamanla bağlı, eləcə də onun başlanğıc təkamül nöqtəsi barədə həqiqi və dəqiq bir cavab verə bilmir. Yalnız onun bioloji və sosial inkişafında kifayət qədər uzun və kifayət qədər əyri yol keçdiyini təsəvvür etmək olar. İnsan ictimai varlıq hesab olunur. Bəzi keçmiş və müasir alimlərin fikrincə, bu, əmək sayəsində baş verib. Məhz, əmək insanı heyvanlar aləmindən ayırmağa, ona şüur bəxş etməyə və onun fəaliyyətinin ictimai xarakterini müəyyən etməyə imkan vermişdir.

İnsan üçün xas olan sosial, bioloji, mənəvi və maddi cəhətlərlə bir yerdə iqtisadi nəzəriyyə insanın ən mühüm fəaliyyət sahələrindən birini təhlil edir. Daha dəqiq desək, istehsal və gələcək paylanma sahələri həyati vacib, özü də təkcə rifah deyil, məhdud sayda resurs olduğu halda belə, şəxsi və ictimai maraqların gerçəkləşdirilməsinin bir çox başqa formaları tamamilə mümkün olmazdı.

İnsan cəmiyyətinin öyrənilməsi zamanı iqtisadi nəzəriyyə insanı həm istehsalçı, həm də mövcud iqtisadi nemətlərin istehlakçısı kimi müəyyən edən mühüm zəminə əsaslanır. Burada insan nəinki texnika və texnologiyalardan istifadə növləri və üsullarını yaradır, həm də onları müəyyən edir. Bu da öz növbəsində, insandan yeni fiziki və intellektual qabiliyyət tələb edir.

İnsan hansı məqsədlər üçün əməklə məşğul olur? Əmək ilkin tələbatdır və ya həyati bir zərurətdir? İbtidai cəmiyyət dövrünə nəzər salsaq, bu sualın cavabı heç də çətin deyil. Erkən dövrlərdə zəruri qidaları əldə etmək üçün bir insan çoxlu səylər sərf etməli idi. Sonrakı inkişaf dönəmində insan həmişə bu səyləri minimuma endirməyə səy göstərmiş və səy göstərməkdədir ki, bu səylər yeni növ alətlərinin icadı, həyat rifahının yüksəldilməsindən ötrü texnologiyaların yaradılmasına doğru müəyyən həyat faydaları yaratmaq üçün onların icadına müəyyən bir təkan verir.

Olduqca maraqlı bir paradoksa diqqət yetirmək lazımdır. İnsanların, ilk növbədə fiziki işləri asanlaşdırmaq istəyi, onları daha aktual və müasir maddi malların yeni ixtiraları üzərində işləməyə vadar edir. Misal üçün, piyada gəzməmək üçün təkər icad olunub, əllə torpağı qazımamaqdan ötrü bel, kürək, çapacaq və sonra ekskavatorlar ortalığa çıxıb. Beləliklə, sözügedən paradoks belə bir məsəldə özünü göstərir, bütün mövcud olan sərvət əmək sayəsində deyil, tənbəllik sayəsində yaradılıb.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Çin şirkətləri pandemiya dövründə trilyonlarla dollar məbləğində bahalaşıblar

posted in: Xəbər | 0

Çin şirkətlərinin səhmləri 2020-ci ildə pandemiyadan sonra ölkənin sürətlə bərpa olunması sayəsində demək olar ki, beş trilyon dollar bahalaşıblar, bu haqda “İnterfaks” agentliyi məlumat verib.

Çin şirkətlərinin kapitallaşması ilin əvvəlindən dekabrın 2-dək 41 faiz (16,7 trilyon dollar) yüksəlib. Bu göstəriciyə görə ÇXR ABŞ-ı iki dəfə ötüb keçib. Amerika şirkətlərinin kapitallaşması 21 faiz (41,6 trilyon dollar) artıb. Ekspertlər qeyd ediblər ki, 2020-ci il Çin üçün olduqca uğurlu bir olub.

Bundan əvvəl Çin rəhbərliyinin ölkənin əsas zəngin adamı –  Alibaba-nın qurucusu Cek Ma-ya qarşı müharibə elan etdiyi məlum olmuşdu. The Wall Street Journal nəşrinin yazdığına görə, Çin Xalq Respublikasının sədri Tsi Tszinpin, Jack Ma-nın açıqlamaları səbəbi ilə Çin fond bazarına daxil olan Ant Group (Alibaba-nın törəmə şirkəti) səhmlərinin yerləşdirilməsini dayandırmağı əmr etmişdi.

Daha əvvəl milyarder ölkədə yüksək texnologiyalar sahəsini tənzimləyən qaydaları tənqid etmişdi. Nəticədə, Çinin dövlət bazarını tənzimləyən idarə (SAMR) Alibaba şirkətinə qarşı istintaqa başlanıldığını elan etmişdi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun