“İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası” təsdiq edildi

posted in: Xəbər | 0

Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 dekabr 2020-ci il
№ 495

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 14 dekabr
tarixli 495 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi
 Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-25.1-ci maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunmuş anlayışlar Qanunda verilmiş mənaları ifadə edir.

2. İcbari tibbi sığorta fondunun gəlir və xərcləri

2.1. Qanunun 15-9-cu maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir:

2.1.1. sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları;

2.1.2. subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər;

2.1.3. icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər;

2.1.4. müştərək maliyyələşmə məbləği;

2.1.5. qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş borc;

2.1.6. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

2.1.7. Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar;

2.1.8. Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzərdə tutulan, habelə qanunla qadağan olunmayan digər mənbələr.

2.2. Qanunun 15-21.4-cü maddəsinə uyğun olaraq ilin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir və bu vəsait fondun xərclərinin maliyyələşdirilməsində istifadə olunur.

2.3. Qanunun 15-9.1.6-cı maddəsində nəzərdə tutulmuş müştərək maliyyələşmə məbləği istisna olmaqla, 15-9.1-ci maddədə göstərilmiş digər mənbələrdən icbari tibbi sığorta fonduna daxil olan vəsaitlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) bank hesabına toplanılır və Qanunun 15-21.1.1- 15-21.1.3-cü maddələrində göstərilən məqsədlər üçün istifadə edilir.

2.4. İcbari tibbi sığorta vəsaitləri, o cümlədən həmin vəsaitlər üzrə gəlir və xərclərin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-1-ci maddəsinə uyğun olaraq Agentlik tərəfindən aparılır.

3. İcbari tibbi sığorta vəsaitləri üzrə təqdim edilən hesabat

3.1. Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat (əlavə olunur) auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

3.2. Hər təqvim ili tamamlandıqdan sonra, növbəti ilin ilk ayının 31-dən gec olmayaraq, Qanunun 15-10.1.1-ci maddəsinə əsasən Agentliyin hesabına ödənilmiş vəsaitlər üzrə Agentliklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında, Qanunun 15-10.1.2- 15-10.1.7-ci maddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə isə Agentliklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında tutuşdurma Aktı tərtib edilir.

Faylı yükləyin: İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə Hesabat

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vahid büdcə təsnifatı barədə Qərarda dəyişiklik edildi

posted in: bank, Xəbər | 0

Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən və bir sıra daxilolmaların uçotunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 oktyabr tarixli 385 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:

1.1. “1.2.0.0.0.0” bölməsində “Sosial ayırmalar” sözləri “Sosial və icbari tibbi sığortaya ayırmalar” sözləri ilə əvəz edilsin;

1.2. “1.2.3.4.0.0”, “1.2.3.5.0.0” və “1.4.3.8.0.0” paraqrafları ləğv edilsin;

1.3. aşağıdakı məzmunda “1.2.4.0.0.0”, “1.2.5.0.0.0”, “1.2.6.0.0.0” və “1.2.7.0.0.0” köməkçi bölmələr əlavə edilsin:

1 2 4 0 0 0 İcbari tibbi sığorta üzrə sığorta haqları
1 2 4 1 0 0 İşəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 1 1 0 Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 1 2 0 Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı təşkilatlara aid edilən işəgötü- rənlərin əməyin ödənişi fonduna hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 1 3 0 Hasilatın pay bölgüsü sazişləri üzrə xarici və yerli subpodratçılara aid edilən işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 1 4 0 Büdcə təşkilatlarına aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 1 5 0 Dövlət adından yaradılan publik hüquqi şəxslərə aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 1 6 0 Səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərə aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı

 

1 2 4 1 7 0
Digər işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 2 0 0 Muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 2 1 0 Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 2 2 0 Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı təşkilatlarda muzdla işləyənlərin əməkhaqlarından icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 2 3 0
Hasilatın pay bölgüsü sazişləri üzrə xarici və yerli subpodratçılarda muzdla işləyənlərin əməkhaqlarından icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 2 4 0 Büdcə təşkilatlarında muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 2 5 0 Dövlət adından yaradılan publik hüquqi şəxslərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 2 6 0 Səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 2 7 0 Digər işəgötürənlərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 3 0 0 Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 4 0 0 Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı
1 2 4 5 0 0 Digər sığortaolunanlar üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı