“Daxili Audit və Daxili Nəzarət” proqramı üzrə Təlimin müddəti 24 saatdır. Təlim həftə ərzində 3 gün (1-ci, 3-cü və 5-ci günlər) 2021-ci il 22 fevral tarixindən saat 20:00 – 22:00-da olmaqla başlayacaqdır. Hazırlıq Təlimi Delta Group C.O.-nun Daxili Audit Departamentinin müdiri Müslüm Rüstəmov (CIA, CFE) tərəfindən tədris ediləcəkdir.
Təlimin sonunda imtahan olacaq və Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim ediləcəkdir. Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər.
Təlimdə iştirak ödənişlidir – 1 nəfər üçün 505 AZN təşkil edir.
Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Təlimdə iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması (yükləyin: Ərizə Anket forması) ;
– Şəxsiyyət vəsiqəsinin surəti.
Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva (training@audit.gov.az, ayten.mirzeyeva@gmail.com).
Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 465-21-75; 055 866 44 29
Mənbə: audit.gov.az